banner
banner

Gündəm

Ramil Səfərovdan düşmənə MESAJ: “Əzəcəyik”

Ramil Səfərovdan düşmənə MESAJ:

“Mənfur düşmənlərimiz və havadarları çalışırlar ki,  işğal prosesini bir az da uzatsınlar. O səbəbdən ki, yetişən gənc nəsil o torpaqları görməyib, havasından udmayıb suyundan içib, çörəyindən yeməyib. Düşünürdülər ki, məhz bunlara görə Dağlıq Qarabağ münaqişəsini öz xeyirlərinə həll edə bilərlər. Amma yanıldılar”.

Bu fikirləri Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov Cəbrayılın 24-cü işğal gününə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, müasir dövrdə dövlətləri tarixdən silmək çox asandır.

Bu gün dövlətlərin xəritəsini dəyişmək üçün heç də kənardan müdaxiləyə ehtiyac yoxdu. Müasir zəmanəmizdə daxildən “böl, parçala və idarə et” prinsipi aktualdır. Minillik dövlətçilik ənənələri olan dövlətlər var. Ad çəkmək istəmirəm. Son bir neçə il ərzində İslam mədəniyyətinin mərkəzi sayılmış, uzun əsrlər yaşı olmuş həmin dövlətlər parça-parça oldular.

 

Daxildə qardaş qırğını, məzhəb ayrı-seçkiliyi başladı. Bir qrup başqa bir qrupu çox rahatlıqla qətlə yetirib partlatdı, məhv elədi. Biz bunlardan dərs çıxarmalıyıq. Milli birlik və bərabərliyimizi, həmrəyliyimizi qoruyub saxlamalıyıq. Müasir dünyada etnik millətçilik, radikallıq, məzhəbçilik ən təhlükəli hallardır. Bir hərbçi olaraq mənim üçün ermənidən daha təhlükəli məsələ budur. Aydındır ki, silahlı qüvvələrimiz, güclü dövlətimiz var.

 

Məqamı yetişəndə düşməni qarşımıza alıb əzəcəyik. Dediyim digər məsələlər daha təhlükəlidir. Biz bunu 1990-cı ilin əvvəllərində yaşadıq. Cəbrayıl rayonunun işğal olunmasının səbəblərindən biri də budur. Azərbaycanda xaos vardı. Daxildə hərc-mərclik hökm sürürdü. Etnik ayrı-seçkilik baş qaldırmışdı. Azərbaycan daxilində müxtəlif dövlətlər qurmağa çalışırdılar. Bunların nəticəsi olaraq Azərbaycan işğala məruz qaldı. Gənclərimizə aşılamalıyıq ki, bir daha tarixi səhvlərə yol verməyək. Bu gün dini radikalizm ən təhlükəli məsələlərdən biridir. Gənclərə, yaxınlarımıza, dostlarımıza anlatmalıyıq ki, Azərbaycan üzərindən mənfur əməllərini həyata keçirmək istəyən qüvvələrə yol verməməliyik. Bu cür məsələləri ciddiyə almalıyıq. Dövlətimizi təhlükələrdən qorumalıyıq”.

 

Ramil Səfərovun sözlərinə görə, hər il işğal günündə o torpaqlara qayıtmaq istəyi artır.

 

“Hər işğal günündə bizim o torpaqlara qayıtmaq istəyimiz  daha da artır. Gənclərimiz işğalla heç zaman barışmayacaqlar. Son bir neçə ildə baş verən hadisələr onu göstərdi ki, nəinki işğalla barışmırlar, artıq səbr kasaları dolub. Bu onlar üçün böyük dərsdir.  Məsələyə inzibati, coğrafi ərazi konteksdən baxmayaq. İşğal olunmuş rayonlara qayıtmağa heç bir şübhəm yoxdur. Biz işğaldan sonrakı prosesə diqqət etməliyik. Necə edək ki, bir daha işğallara və təhlükələrə məruz qalmayaq. Biz dövlətimizi qurmuşuq. Dünya davam etdikcə bunu qoruyub saxlamalıyıq”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.