banner
banner

Gündəm

Prezidentin rayonlara səfərləri: “Nazirlər, icra başçıları nümunə götürməlidir”

Prezidentin rayonlara səfərləri:

“Prezidentin hər hansı bölgəyə səfər etməsi həmin şəhərin, rayonun inkişafında bir mərhələdir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Azərbaycan prezidenti İlham Əliyevin rayonlara səfərlərini şərh edərkən deyib.

 

Deputat bildirib ki, dünyanın elə bir ölkə başçısı yoxdur ki, prezident İlham Əliyev qədər bölgələrə səfərlər etsin, əhalinin problemi ilə maraqlansın və həmin problemləri dərhal aradan qaldırmaq istiqamətində yerindəcə tapşırıqlar versin.

 

“Dövlət başçısı hər rayonda bir neçə dəfə olub. Prezident İlham Əliyev yerlərə səfər edən zaman yalnız təməlqoyma, açılış mərasimlərində iştirak etmir, həmin bölgənin sakinləri ilə də görüşlər keçirir. Onların təkliflərini dinləyir, söhbətlər edir. Söhbətlərdə əldə olunan nəticələrlə bərabər nöqsanlar barədə də prezidentə məlumat verilir.

 

Həmin nöqsanların, problemlərin aradan qaldırılması üçün prezident İlham Əliyev səfərdən qayıtdıqdan sonra mühüm sərəncamlar verir, əlavə vəsaitlər ayırır və müvafiq orqanlar qarşısında göstərişlər qoyulur. Sözsüz ki, bu da regionların inkişafı üçün çox böyük hadisədir. Digər tərəfdən bu təmas xalqla prezidenti bir-birinə yaxınlaşıdır və doğmalaşdırır.

 

Bu, ulu öndər Heydər Əliyevin də praktikasında mühüm bir amil idi. Ulu öndər də sağlığında dəfələrlə yerlərə səfərlər edərdi və orada yaşayan insanların problemləri ilə maraqlanardı . Bu da son nəticədə ölkənin inkişafına xidmət edir.  Həmin praktikanı prezident İlham Əliyev daima uğurla həyata keçirir.  Əldə olunan nəticələr də bunu bir daha sübut edir”.

 

“Prezident İlham Əliyev bölgələrə tez-tez səfər edir, problemlərlə maraqlanır. Buna baxmayaraq, hələ də bəzi yerli icra hakimiyyəti orqanlarından şikayətlər də var. Bəzi icra hakimiyyəti başçıları nöqsanlara yol verirlər. Bu barədə siz nə deyə bilərsiniz?” sualına isə Tahir Rzayev belə cavab verib:

 

“İş olan yerdə, nöqsan da problem də olmalıdır. Eyni tapşırıları hamı eyni səviyyədə yerinə yetirə bilməz. Çünki insanların ağlı, savadı və insanlarla münasibəti eyni deyil. Elə icra başçıları var ki, işlərində xeyli nöqsanlar var. Bu bizim işimizə ziyan gətirir. Mən istəyərdim ki, elə icra başçıları prezident İlham Əliyevdən nümunə götürsünlər. Elə icra başçıları var ki, yerli vətəndaşlarla görüşmür, onların heç bir problemləri ilə maraqlanmır. Bəzi icra başçılarımız da var ki, prezident İlham Əliyev bütün göstərişlərinə lazımınca əməl edir. Vətəndaşlarla görüşür, onların heç bir problemləri ilə maraqlanır.

 

Mən istəyərdim ki, cənab prezident kimi nazirlər , məmurlar, müvafiq orqanların rəhbərləri  tez-tez yerlərdə olsunlar, vətandaşların problemləri ilə maraqlansınlar. Çünki yerlərdə olan problemlər daha tez görünür və onu aradan qaldırmaq daha da asanlaşır. İstəyərdim ki, hər həs cənab prezidentdən nümunə götürsün və işini onun tapşırıqları əsasında qursun”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.