Müğənni İlqarə Kazımovanın “Yenə yenə” adlı mahnısına çəkdirdiyi klipinin ilk görüntüləri yayılıb.
Axşam.az-ın məlumatına görə, ekran işinin rejissoru Anar Hüseynovdur. Sənətçi “Yenə yenə” mahnısını ilk dəfə anası, xalq artisti Aygün Kazımovanın doğum günündə ifa etsə də, bəstənin tam versiyası dinləyicilərə kliplə birlikdə təqdim olunacaq.
Klipin prodüseri Aygün Kazımovadır.
Yeni işindən danışan İlqarə “Mənim klipim yerli şou-biznesdə çəkilən kliplərdən fərqli olacaq. O, Avropa formatındadır", - deyə bildirib.
Qeyd edək ki, yaxın günlərdə İlqarə Kazımovanın ifasında daha bir neçə bəstə təqdim olunacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.