Xalq artisti Brilliant Dadaşova "Apar məni" mahnısını dinləyicilərə yeni versiyada təqdim edib.
Axşam.az-ın məlumatına görə, sözləri Cəlal Qurbanova, musiqisi Rüstəm Zeynallıya məxsus mahnı bir neçə il əvvəl oxunub. Bəstəyə klip Türkiyədə çəkilib.
İlk aranjimandan razı qalmayan müğənni onu yenidən oxumaq qərarına gəlib. Yeni versiyanı türkiyəli musiqiçilərlə ərsəyə gətirən B.Dadaşova budəfəki ifasından razı qalıb.
B.Dadaşova Maldiv adalarında “Səndən ayrı” mahnısına klip çəkilişi zamanı lentə alınan yeni fotolarını da təqdim edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.