banner
banner

Gündəm

FHN partlayışla bağlı məlumat yaydı

FHN partlayışla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi(FHN) Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında yanğın baş verməsi barədə məlumat yayıb.

FHN-dən cia.az-a daxil olan məlumatda bildirilir ki, bu gün Müdafiə Nazirliyinin Xızı rayonu ərazisindəki N saylı hərbi hissəsinin silah-sursat anbarında yanğın baş verib.

Yanğın baş verən ərazidə partlayışlar müşahidə olunur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (Xızı, Siyəzən, Şabran, Xaçmaz RDYMH-lərinin, Sumqayıt DYMİ-nin, Bakı Qarnizonunun), Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvələri və müvafiq texnikaları cəlb edilib.

Partlayaraq ətraf ərazilərə düşən sursatların yaratdığı yanğın ocaqları DYMX-nin yanğınsöndürənləri tərəfindən dərhal söndürülür.

Yanğın nəticəsində partayan sursatların təhlükə yarada biləcəyi ərazilərdən əhalinin təxliyə edilməsi istiqamətində digər icra hakimiyyəti orqanları ilə birgə tədbirlər həyata keçirilir.

Təxliyə edilən əhalinin müvəqqəti yerləşdirilməsi, eləcə də onların məişət və həyat təminatının təmin edilməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsiz ərazidə çadır şəhərciyi yaradılır.

Əlavə məlumat veriləcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.