banner
banner

Gündəm

"Arvadını boşayıb, məni alacaq" deyirdi" - aparıcının qətlinin detalları

"Arvadını boşayıb, məni alacaq" deyirdi"

Aparıcı-aktyor Vatan Şaşmazın qətli ilə bağlı təfərrüatlar bitmir.
 Aparıcını güllələyən keçmiş model sevgilisi Filiz Akerin bacısı qızı Dora Altınbaş xalasının ona platonik sevgi bəslədiyini deyib: 
“Kafedə oturmuşduq. Xalam romantik nitq söyləyir, “çox xoşbəxtəm” deyirdi. Daha sonra “yarım saat yuxarı çıxıb qayıdıram” deyib getdi. 10 dəqiqə keçdi, zəng elədim, “gəlirəm” söylədi. Bir az sonra yenidən zəng elədim, telefonuna zəng çatmadı. Yuxarı çıxdım, qapını döydüm, heç kim açmadı. Təhlükəsizlik əməkdaşlarına qapını açdırdıq. Qapı açılanda gördük Vatan yerdə uzanıb. Bir qədər aralıda isə xalam… Xalamla Vatanın münasibəti keçmişə söykənir. Hazırda aralarında heç nə yox idi. Vatanla niyə görüşdüyünü bilmirəm. Xalam onu hələ də sevirdi, ona platonik eşq bəsləyirdi. Vatanın heç bir günahı yox idi. Xalam deyirdi ki, "Arvadını boşayıb, mənin alacaq". 2 il idi ki, bu oteldə qalırdı. Silahı da yəqin qaldığı günlərin birində içəri keçirib”. 

Vatan Şaşmazla ayrıldıqdan sonra 4 dəfə intihara cəhd edən Filiz aparıcı evlənsə də onu narahat edirmiş. Təşkilatçı Nedim Delibaşın sözlərinə görə, aparıcı özü də Filizin onu arayıb-axtarmasından narahat imiş:
 
“Bir gün Vatan telefonda əsəbi danışdı. Soruşdum ki, nə olub? “Bu qadın mənim başımı dərdə salacaq” dedi”. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.