banner
banner

Gündəm

Şeyxin varisinin adı AÇIQLANDI

Şeyxin varisinin adı AÇIQLANDI

Hacı Qalib Salahzadə: “Şeyx Allahın yetirməsidir, onun varisi də məlumdur”

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadədən sonra bu posu kim tuta bilər... Belə olan təqdirdə şeyxin varislik məsələsi gündəmə gəlir.

 

O zaman Şeyx Allahşükür Paşazadənin varisi kim ola bilər?

 

Modern.az saytı mövzu ilə bağlı şeyxin qudası Hacı Qalib Salahzadə ilə əlaqə saxlayıb.

 

Hacı Qalib Salahzadə saytımıza açıqlamasında deyib ki, o, bir varis tanıyır.

 

“Şeyxülislam Hacı Allahşükür Paşazadənin bir varisini tanıyıram. O da oğlu Məhəmməd Paşazadədir. Ümumiyyətlə, varis bir nəfər olur. O da atanın övladları. Həm də bu cür məsələlər Allahın qisməti ilə bağlıdır. Gərək Allah qismət etsin ki, övlad gəlib ölkənin Şeyxüilislamı olsun”.

 

Şeyxin qudası varislik məsələsindən danışarkən şeyxin heç də qocalmadığını diqqətə çatdırıb.

 

“Amma Hacı Allahşükür Paşazadə cavandır. Belə baxıram, inşallah, 20-30 il də Qafqazın şeyxi olacaq. Siz şeyxi artıq qocaltmısız. Şeyx qoca deyil.  Həmçinin, Şeyxin övladları, nəvələri bir yolla gedir. Onlar da dindar insanlardır”.

 

Qalib Salahzadənin sözlərinə görə, Allahşükür Paşazadə imperiya özbaşınalığa qarşı çıxan adamdır.

 

“Digər bir məqamı da qeyd edim. Şeyx Allahın yetirməsidir. Yadınızdan çıxartmayın. 1990-cı illərdə ölkədə baş verən qarışıqlığa kim etirazını bildirə bilərdi?! İmperiyanın (SSRİ) özbaşınalıqlarına qarşı kim səsini çıxara bilərdi?! Bir adam tanıyıram. Birinci yerdə böyük lider Heydər Əliyev  dayanır. ikinci yerdə isə Allahşükür Paşazadəni görürəm”.

 

Allahşükür Paşazadə 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) çalışır. O, əvvəlcə idarənin məsul katibi, sonra “Təzəpir” məscidinin axundu, QMİ-nin sədr müavini vəzifələrində çalışıb. 

 

1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və şeyxülislam rütbəsi alıb. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir.

 

A.Paşazadə 1990-1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 

Qafqaz müsəlmanlarının 2003-cü ildə keçirilmiş XI qurultayında A.Paşazadə ömürlük Şeyxülislam seçilib.

 

O həmçinin Qafqaz Xalqları Ali Dini Şurasının sədri, MDB Dinlərarası Şurasının həmsədridir. 

 

1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alan A.Paşazadə Bakı Dövlət Universitetinin professorudur.

Müxtəlif orden və medallarla təltif edilib.

Allahşükür Paşazadənin 5 qızı və 1 oğlu, nəvələri var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.