XƏBƏRDARLIQ: Qurban bayramında geomaqnit qasırğası olacaq
“Hazırda Günəşin görünən diskində 22 günəş ləkəsi müşahidə olunur. Bunlar 2 ləkə qrupunda birləşiblər. 2672 nömrəli ləkə qrupu böyük olsa da - Yer səthindən hansısa tutqun şüşə ilə baxdıqda bu ləkə qrupunu adi gözlə də görmək olar - güclü Günəş alışmalarını generasiya etməyə qadir deyil”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.
O, Günəşin səthində böyük ölçüyə malik növbəti tac dəliyinin formalaşdığını qeyd edib.
E. Babayevin sözlərinə görə, tac dəliyindən yüksək sürətli Günəş küləyi (yüklü zərrəciklərdən ibarət plazma) öz başlanğıcını götürərək planetlərarası fəzaya, o cümlədən Yerə doğru yönəlmiş olur. Direktor müavini vurğulayıb ki, tac dəliyindən “əsən” Günəş plazma küləyinin təsirlərinin 1-2 sentyabr tarixlərində Yerə çatması gözlənilir: “Həmin plazma küləyi Yer maqnetosferində həyəcanlaşma yaradacaq və nəticədə hətta zəif səviyyəli geomaqnit qasırğası da gözlənilir. Əslində burada qeyri-adi heç nə yoxdur. İl ərzində 2 dəfə - yaz və payız gecə-gündüz bərabərliyi nöqtələri ətrafında geomaqnit qasırğalarının intensivliyi və gücü artır, daha çox qütb parıltıları müşahidə olunur”.
E. Babayev vurğulayıb ki, sentyabrın 1-2-də müşahidə olunacaq budəfəki geomaqnit qasırğasının səbəbi bilavasitə Günəş alışması yox, tac dəliyindən başlanğıcını götürən Günəş plazma küləyi olacaq.
Onun sözlərinə görə, planetlərarası maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərərsə, o zaman həyəcanlaşma daha da güclü olacaq: “Bu gün üçün geomaqnit həyəcanlaşmasını xarakterizə edən əsas Kp indeksinin qiyməti 1-3 arasında dəyişir. Hesab edirik ki, sentyabrın 1-2-də bu qiymət qalxacaq. Kosmik hava sentyabrın əvvəlinədək stabil vəziyyətdə olacaq. Hazırda atmosfer təzyiqi də normaldır".
Qeyd edək ki, sentyabrın 1-2-si Qurban bayramına təsadüf edir.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.