banner
banner

Gündəm

Anarın öldürdüyü çempionun atası danışdı: “Millət günahkar deyil, konkret adam günahkardır” - FOTO

Anarın öldürdüyü çempionun atası danışdı:

Rusiyanın Xabarovsk şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionu Andrey Draçovu vəhşicəsinə döyərək öldürən azərbaycanlı kiqboksçu Anar Allahverənov hələ də tutulmayıb və gizlənir.

CİA.az virtualaz.org-a istinadən xəbər verir ki, Draçovun dostları və atası ötən gün onun məzarə başına toplaşaraq qatilin hələ də azadlıqda qalmasına diqqəti cəlb ediblər və hüquq-mühafizə orqanları Allahverənovun axtarışlarını sürətləndirməyə çağırıblar.
“Bizim bura toplaşmaqda məqsədimiz odur ki, polislər hər şeyi görsün. İstəyirik ki, onlar Andrey Draçovun qatilini axtarmağı yaddan çıxarmasınlar, bunu sürətlə və diqqətlə həyata keçirsinlər. Biz nəticə gözləyirik. Mən Azərbaycandan olan bir oğlanla danışdım, o dedi ki, diaspora Anarın hərəkətini dəstəkləmir, heç kim onu burada gizlətmir və harasa qaçmasını maliyyələşdirməyib, o burada gizlənir”, - həlak olan idmançının dostu Aleksey Şapovalov bildirib.

Draçovun atası isə deyib ki, oğlunun öldürülməsinin milli düşmənçilik kimi qarşılanmasını istəmir. 

“Millət günahkar deyil, konkret adam günahkardır. Polis üçün həmin adamı tapıb Rusiya qanunlarına görə cəzalandırmaq şərəf məsələsidir. Bu sıçovulu, vəhşini tapmaq və ədalət mühakiməsinə vermək lazımdır. Baş verənlər sərxoş halda adi dava-dalaş deyil, vəhşicəsinə qətldir. Bu cür adamlar azadlıqda gəzməli deyil, həbsxanada oturmalıdır. Televizorda göstərdikləri videorolik dördüncü epizoddur. Andrey o vaxt artıq ölümcül yaralanmışdı, onun almacıq sümüyü sınmışdı. Anar onu yerdə yıxılmış vəziyyətdə döyəndə Andreyin burnu sınmışdı, o sadəcə sümük qırıntılarını beyninə doldurub. Bu mənzərə mənim gözlərim qarşısında canlanır”, - Konstantin Draçov bildirib.

Oğlu öldürülən ata xahiş edib ki, heç kim bu hadisəyə görə qisas almağa çalışmasın. O deyir ki, dava 30 dəqiqəyə yaxın davam edib, həmin müddət ərzində hadisə yerinə “Rosqravrdiya”nın əməkdaşları gəlib və davaya müdaxilə etməyib. “Məni hiddətləndirən budur”, - Konstantin Draçov deyib.

Xatırladaq ki, bu hadisəyə görə “Rosqvardiya”nın iki əməkdaşı barədə cinayət işi qaldırılıb. Onlar vəzifə səlahiyyətlərinə səhlənkar yanaşmaqda və nəticədə insan ölümünə bilməyərəkdə səbəb olmaqda günahlandırılırlar. Təhqiqatı “Rosqvardiya”nın Şərq dairəsi üzrə komandanı, general İqor Qrudnov nəzarətinə götürüb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.