Gümrüyə yeni rus hücumu hazırlanır -Ermənilər təlaşda
Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasından ətraf məhəllələrdə yaşayan ermənilərə qarşı yeni bir hücum planlaşdırılır
Anspress-in məlumatına görə, bu fikir Gümrü şəhər merinin əmri ilə Rusiya hərbi bazasının əhatə dairəsinin genişləndirilməsindən sonra erməni mətbuatı tərəfindən səsləndirilib.
Bu çərçivədə şəhər sakinlərinə məxsus bir çox evlər heç bir ödəniş edilmədən rus hərbçilərinin ixtiyarına verilib. Bu barədə mətbuata şikayətlə müraciət edən şəhər sakini Aşot Canikyan 15 ildir ki, yaşadığı evi və əkib-becərdiyi sahəni itirdiyini deyib. Onun sözlərinə görə, hərbçilər heç nə demədən sahədəki evi söküblər.
Canikyan hərbi hissəyə gedərək şikayətini bildirmək istəyib, amma onu içəri buraxmayıblar. “Onlar bizim hakimiyyətə o qədər hörmətsiz yanaşırlar ki, qatil rus əsgərini erməni məhkəməsinə təhvil vermədilər. Rus zabitinə söz demək omlur, bizə yuxarıdan aşağı baxır”,- deyə Canikyan yanvarın 15-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünün qətl ediləməsi məsələsini yada salıb.
Erməni mətbuatı hər iki hadisənin Rusiya tərəfindən erməniləri bütün müstəqillik ümidlərindən məhrum etmək üçün törədildiyini bildirir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.