banner
banner

Gündəm

Ermənistan yenə “Rus NATO”-sunu seçdi

Ermənistan yenə “Rus NATO”-sunu seçdi

NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərindən son anda imtina edərək hətta yerli ekspertləri şoka salan Ermənistan hakimiyyəti qəfildən Rusiya ilə birgə təlimlərə qatılmaq qərarı verib. Musavat.com bununla əlaqədar erməni mətbuatına istinadən xəbər verir.

Məlumata görə, sentyabrın 4-də Ermənistan ordusunun hava hücumundan müdafiə idarəsinin rəisinin rəhbərliyi ilə işçi qrupu Rusiyaya səfər edib. Onlar Rusiyada MDB ölkələrinin hava hücumundan müdafiə məsələlərinə, həmçinin birgə döyüş atışlarında iştiraka həsr olunan tədbirlərə qatılacaqlar. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, nümayəndə heyəti 7 sentyabrda Ermənistan silahlı qüvvələrin baş qərargah rəisi Movses Akopyanın rəhbərliyi ilə döyüş atışlarının final mərhələsində iştirak edəcək.

Bu arada Ermənistanın NATO təlimlərindən elə təlimlərə start verildiyi gün imtina etməsinin səbəbləri ətrafında ciddi müzakirələr elə bu ölkənin özündə də davam edir, suallara cavab istənilir. Ancaq İrəvan iddia edir ki, Gürcüstandakı hərbi təlimlərdə iştirak qərarını verdiyini heç vaxt bəyan etməyib. Bu barədə Ermənistan müdafiə nazirinin müavini Artax Zakaryan da son açıqlamasında bildirib. O deyib ki, Ermənistan üçün təhlükəsizlik önəmlidir və ölkə təhlükəsizliyinin qarantı kimi KTMT-ni görür. Elə Ermənistanın iki yol ayrıcında ikən “Rus NATO”-suna üstünlük verməsi də hər şeyi deyir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.