banner
banner

Gündəm

Nəzir qutuları yığışdırılsın! - Deputatdan sərt İTTİHAM

Nəzir qutuları yığışdırılsın! -

Azərbaycanın istənilən bölgəsinə səfər edərkən yol boyu quraşdırılan nəzir qutularına rast gəlmək olar. Təbii ki, nəzir qutuları pirlərin, məscidlərin həyətində də quraşdırılır. Hər gün minlərlə insan axını müşayiət olunan yerlərdə nəzir qutularına atılan məbləğ də azlıq təşkil etmir. Anlayırıq ki, nəzir, ianə dinə xas məsələlərdəndir. Amma quraşdırlan nəzir qutularının hansı mexanizmlə işlədiyini bilmirik. Yığılan pulların hara xərcləndiyindən də tam olaraq xəbərsizik.

Məsələn, bəzi xarici  ölkələrdə nəzir qutularından yığılan vəsaitlərin hara xərclənməsi barədə ictimaiyyətə şəffaf hesabat təqdim edilir. Götürək, Türkiyəni. Orada məscidlərdən yığılan ianələrə dövlət nəzarəti var. Belə ki, hansısa məscidə sədəqə verilən zaman ölkənin Maliyyə Nazirliyindən verilən nömrəli hesabat blanklarından istifadə olunur. Məscid nəzirin məbləğinə uyğun mədaxil qəbzi verir.

Azərbaycanda nəzir qutuları onun yerləşdiyi məscidin dini icmasının nəzarətindədir, icmalar isə yığılan ianələrlə bağlı Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) hesabat verirlər. Nəzir qutularına toplanan ianələrin xərclənməsində sui-istifadə hallarının olduğu barədə tez-tez müxtəlif fikirlər səsləndirlir. 

Bəs, yığılan vəsaitə dövlət nəzarəti tətbiq etmək olmazmı? Bizim ölkəmizdə nəzir qutuları ilə bağlı necə bir mexanizm hazırlanmalıdır?

Eyni zamanda, nəzir qutularının xüsusi komissiya tərəfindən açılması, aktlaşdırılması, yığılan vəsaitin bir yerə toplanması qaydaları işlənə bilərmi? Və ya nəzir qutularında yığılan vəsaitdən vergi tutula bilərmi?


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat  Fazil Mustafa Modern.az-a məsələnin ciddi problem olduğunudeməklə, həm də nəzir qutularının yığışdırılmasının zəruriliyini xüsusi vurğulayıb.

“Nəzir qutuları yığışdırılmalıdır”

“Bu məsələ hər birimizi düşündürür. Düşünürəm ki, nəzir qutularını tamamilə yığışdırmaq lazımdır. Nəzir qutuları hər hansı bir şəkildə məscidə yardım qutuları ola bilər. Amma kiməsə vəsait ödənilməsi anlayışı doğru deyil. Ümumiyyətlə, dində “nəzir qutusu” anlayışı yoxdur. Əgər bunu dinlə əsaslandırırlarsa, dinlə ciddi əlaqəsi yoxdur. Bu məsələdə insanlar bilməlidirlər ki, dinlə əlaqəsi olmayan hər hansı atributların yaşanması mümkün deyil. Məsələn, bir müddət əvvəl  bayraqlarla bağlı bir iş gördük. O zaman qanunvericilikdə nəzərdə tutduq ki, dini atribut olmayan bayraqları hər hansı yerdə, məsciddə daşımaq qeyri-mümkündür. Çünki bu gün dini bayraq anlayışı yoxdur. Bu cür hallar sadəcə bir ənənədir. Ənənələrin bu cür yaşaması doğru deyil. Amma müəyyən mexanizm ola bilərsə belə, nəzir qutularının  qanunvericilikdə nəzərdə tutulması doğru deyil”. 

“Yığılan bəzi vəsaitlər xaricə göndərilir”

Deputatın sözlərinə görə, əslində cahil insanlar nəzir qutularına  sədəqə verməkdə maraqlıdırlar. 

“Bir də görürsünüz ki, Bibiheybət məscidi yolunda kimsə maşınını saxlayıb qutuya 5 manat salır ki, yol getdiyinə görə ürəyində nəsə bir pis şey qalmasın. Halbuki, dində belə rüşvət yoxdu. Bu cür cahilliklə, savadsızlıqla bağlı olan məsələləri cəmiyyətdə xüsusi maarifləndirici addımlar atmaqla  ortadan qaldırmağa çalışmaq lazımdır. Mətbuat bu məsələni diqqətdə saxlamalıdır. Azərbaycanda onsuz da müəyyən vəsaitlər yığılaraq İrana, İraqa, ordakı müəyyən ayətullahların cibinə gedir. Onlar da həmin vəsaiti ermənilərə göndərirlər ki, “gedin, azərbaycanlılarla vuruşun, onların qanını tökün”. Bunların qarşısı alınmalıdır”. 

“Heç bir mexanizm şəffaflıq yarada bilməz”

Dini yazar Kənan Rövşənoğlu deyir ki, dünyada ianədən vergi tutulmur.


“Çünki məqsəd yardım etməkdirsə, dövlət hansı adla vergi tutmalıdır?!. Əksinə, bir çox ölkələrdə xeyriyyə işlərinə görə vergilərdə güzəştlər olur. Çünki dediyim kimi, burda məqsəd cəmiyyətdə daha az təminatlı, ehtiyaclı insanlara yardım etməkdir. Bunu dövlətlə yanaşı, vətəndaşlar edirsə, dövlət bunu edənləri vergiyə cəlb etməməlidir, əksinə təşviq etməlidir. Çünki dövlətin çiynindəki yükü azaldırlar. İkincisi, bir adam fond yaradır və ya məscid icması nəzir qutusu qoyursa,  bunu hansı formada mərkəzləşdirə bilər? Bunun heç bir mexanizmi yoxdur. Dünyanın bütün ölkələrində dini mərkəzlərin, ibadət ocaqlarının ianə toplaması normal qarşılanır. Çünki bu müəyyən mənada inanc məsələsidir. Nəzir verən də inanmalıdır, qutulara toplanan vəsait insanlara, ehtiyaclara xərclənəcək... Əksə halda, heç bir mexanizm, nəzarət institutu burada şəffaflıq yarada bilməz. Bu səbəbdən də məsələnin həll yolu insanların nəzirləri inandıqları adamlara və ya yerlərə - hansı ki, şəffaf şəkildə xərclənəcəyinə ümid edirlər - vermələridir”.


“Vətəndaş inandığı yerə nəzir verməlidir”

Kənan Rövşənoğlunun sözlərinə görə, burada  inam məsələsi xüsusi rol oynayır.

“Hər yerdə qoyulan qutu nəzir vermək üçün əsas yaratmır. Vətəndaş inandığı, verdiyi pulun həqiqətən ünvanına xərclənəcəyinə ümid etdiyi yerə nəzir verməlidir. Qutu və ya bank hesabı, bu mahiyyəti dəyişmir. İnsanlar yardımlaşmalıdır, bunu ən çox təkid edən isə dindir. Bu səbəbdən də ianələrin məscidlərdə, ibadət yerlərdində toplanması normaldır. Sadəcə, problem onun kimin vasitəsilə xərclənməsidir



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.