Oteldə güllələnərək qətlə yetirilən aparıcı-aktyor Vatan Şaşmazın “Kazasız kul olmaz” layihəsindəki yerinə müğənni Yonca Evcimik gətiriləcək.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Vatan 2009-cu ildən etibarən hazırlanan teatr tamaşası ilə fəaliyyətə başlayan layihədə məsləhətçi kimi çalışırdı.
Onun yerinə gətirilən Evcemik layihəni daha da maraqlı etmək üçün çoxlu yeni fikirlərinin olduğunu və bu yaxınlarda onların hamısını gerçəkləşdirəcəyini deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.