banner
banner

Gündəm

"Böhtan atanlar layiqli cəzalarını alacaqlar” - "26” kafesi ilə bağlı adı hallanan müəllim

"Böhtan atanlar layiqli cəzalarını alacaqlar” -

Son günlər bəzi Kütləvi İnformasiya vasitələrində Azərbaycan Yazıçılar Birliyinin ərazisində icarəyə verilmiş “26” adlı kafe ilə bağlı müxtəlif məlumatlar verilir. Həmin məlumatlarda dosent Ərəstun Qasımovun da adı hallanıb. Məsələyə aydınlıq gətirmək üçün Ərəstun Qasımovla əlaqə saxladıq.

Ərəstun Qasımov qeyd edilən kafe ilə bağlı heç bir məlumatının olmadığını bildirdi: “Həmin kafenin kimə məxsusluğu sənədlərdə əksini tapdığı halda nahaqdan mənim və oğlumun adının hallanması çox təəssüfedici faktdır. Heç bir əsas olmadan ziyalı imicinə atılan böhtan məni çox narahat edir. Hesab edirəm ki, bu böhtan ümumiyyətlə müəllim adına, ziyalı təbəqəsinə və çalışdığım təhsil müəssisəsinə hörmətsizlikdir. Xahiş edirəm səbəbsiz yerə mənim adımı hallandıran bununla da səhhətimə, müəllim nüfuzuma xələl gətirən bu cür iyrənc halların dərhal dayandırılması barədə bəyanatımı yayasınız. Əks təqdirdə bu barədə qanunlar çərçivəsində mübarizə aparacağam və böhtan atanlar layiqli cəzalarını alacaqlar”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.