banner
banner

Sosİal

Qənirə Paşayeva sakinlərlə görüşüb

Qənirə Paşayeva sakinlərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonu sakinləri ilə görüşüb.

CİA.Az xəbər verir ki, o, Tovuz sakinlərinə suvarılma suyu ilə bağlı problemlərin həlli istiqamətində hökumətdən dəstək göstərilməsini xahiş edəcəyinə söz verib.

Millət vəkili Qənirə Paşayeva Tovuzda rayonun ən böyük kəndlərindən olan Düz Qırıqlıda kənd sakinləri ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıb. Bir çox xəstələrlə görüşən millət vəkili onların müalicələri ilə maraqlanıb. Sakinlər əsasən ünvanlı sosial yardım,kənd yolları, ön əsasda əkin suvarması suyu ilə bağlı təhcizatın daha da yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyac və bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirərlər aparıblar. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Tovuzda əhali əsasən kənd təsərrüfatə ilə məşğul olur və əkinlərinin zamanında suvarıla bilməsi onlar üçün ən əsas məsələdir. Ötən ilin yayının quraqlıq olduğunu və insanların əkin sahələrinin suvarılmasından böyük əziyyət çəkdiyinin şahidi olduğunu deyən millət vəkili Qənirə Paşayeva sakinlərin bu illə bağlı narahatlığını çox yaxşı anladığını deyib. Cənab Prezidentimiz tərəfindən bu ilin Kənd Təsərrüfatı ili elan olunduğunu diqqət çəkən millət vəkili Qənirə Paşayeva dövlətin bu istiqamətdə insanlara dsətəcəyinin daha da aertacağını deyib. Kəndlərdə yeni artezian quzularının qazılması xahişi ilə bir millət vəkili olaraq Su və Meliorasiya naziri Əhməd Əhmədzadəyə müraciət etdiyini və Tovuzda son bir neçə ildə xeyli sayda artezian quyularının qazıldığını, amma yenə də təlabatın çox olduğunu deyən millət vəkili Qənirə Paşayeva bir neçə gün əvvəl Su və Meliorasiya naziri Əhməd Əhmədzadə ilə görüşdüyünü, bu məsələni onun diqqətinə çatdıraraq sakinlər və öz adından xahiş etdiyini deyib və bildirib ki, Bakıya döndükdən sonra nazirdən bu məsələnin qısa zamanda həlli üçün yenidən xahiş edəcək.

Millət vəkili bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, sualları cavablandırıb. Millət vəkili Qənirə Paşayeva kənd sakinlərini mənzillərini sığortalamağa və uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.