banner
banner

Sosİal

Əfv olacaq?

Əfv olacaq?

“Mən hüquq müdafiəçisi kimi həmişə əfvin tərəfdarı olmuşam. Ancaq əfv ona görə verilmir və verilməyəcək ki, beynəlxalq təşkilatlar sakitləşsin”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Çingiz Qənizadə beynəlxalq təşkilatların siyasi məhbuslarla bağlı çağırışından sonra əfv gözləntilərinin olmasına münasibət bildirərkən söylədi. Musavat.com-a açıqlamasında hüquq müdafiəçisi bildirdi ki, əslində beynəlxalq təşkilatların fəaliyyətinin məğzində Azərbaycana təzyiq məsələləri dayanır: “Cənab prezident humanizm nöqteyi - nəzərindən əfv verir. Mən də arzu edirəm ki, növbəti əfv fərmanı - bu, dekabrda olacaq, ya başqa vaxtda - daha geniş əfv olsun, burada NİDA-nın, digər siyasi təşkilatların təmsilçiləri olsun. Biz Tofiq Yaqublu, İlqar Məmmədov və digər bütün şəxslərin azadlığa buraxılmasının tərəfdarıyıq, bu istiqamətdə də iş aparırıq. Mən hüquq müdafiəçisi olaraq cəzasının müəyyən hissəsini çəkmiş, ilk dəfə cinayət törətmiş, xarakteri o qədər təhlükəli olmayan insanların azadlığa buraxılmasının tərəfdarıyam”.

Ç.Qənizadə əfvin imzalanacağını güman edir: “Ümid edirəm ki, cənab prezident növbəti əfv fərmanında hüquq müdafiəçisi olaraq bizlərin də ona müraciətini nəzərə alacaq, humanist insan kimi humanizmini bir daha nümayiş etdirəcək. Biz başqalarından fərqli olaraq harasa bir kağız yazan kimi bunu mətbuata çıxarıb elan etmirik ki, ”filankəs gedib filan dustaqla görüşdü", “filankəs filan müraciəti etdi”. QHT-çilər var ki, dustaqla görüşür, istintaqda iş ola-ola deyir prezidentə müraciət etmişəm ki, onu əfv eləsin. O hüquq müdafiəçisi bilmir ki, əfv hökm qanuni qüvvəyə mindikdən sonra tətbiq olunur. Bizim bu gün şoulardan uzaq Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu var, Novella xanım, Səidə xanım, Səadət xanım, mən - biz işlərimizi aparırıq. Amma bu istiqamətdə işlərimiz bəyanatla deyil, xahişlə, müraciətlə həllini tapır və tapacaq".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.