banner
banner

Sosİal

Avtobusun çölündə gedənlər - VİDEO

Avtobusun çölündə gedənlər

Axşam saatlarında 204 saylı marşrut xətti üzrə hərəkət edən avtobusa həddindən artıq sərnişin mindiyindən nəqliyyat vasitəsi qapısı açıq vəziyyətdə hərəkət etməyə məcbur olub.

CİA.Az ANS TV-yə istinadən verdiyi məlumata görə, Sabunçu rayonunun eyni adlı qəsəbəsindən Ramana kəndi istiqamətinə hərkətdə olan orta tutumlu sərnişin avtobusuna əvvəlcə sərnişinlər minir daha sonra nəqliyyat vasitəsində yer olmadığından gənclər qapıdan tutub avtobusun içərisində deyil, çölündə getmək məcburriyətində qalır. Bu azmış kimi 204 saylı avtobusunun sürücüsü dayanacaqdan kənar saxlayıb sərnişin endirməli olur. Sürücü bizi görər-görməz ön qapını bağlamaqla məsələni ört-basdır etməyə çalışır.

Problemlə bağlı nəqliyyat nazirliyinin katibliyinin müdiri Namiq Həsənov bildirdi ki, indiyə qədər bu cür hallara dəfələrlə rast gəlinib. Problemin bir daha təkrarlanmaması üçünsə, bu aydan etibarən ciddi qayda pozan sürücülərə qarşı davamlı reydlər həyata keçiriləcək. Namiq Həsənovun sözlərinə görə, reydlər zamanı həmin sürücülər ciddi cəzalandırılacaq.

Bundan başqa qurum rəsmisi onu da dedi ki, təkcə qayda pozan sərnişin avtouslarının sürücüləri deyil, həm də onların sahibkarları da xətdən kənarlaşdırlacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.