Deputatdan İRAD: Laboratoriyalarda ən sadə cihazlar belə yoxdur
İstər bakalavr, istət magistratura pilləsində bir çox laboratoriyalarda ən sadə cihazlar belə yoxdur ki, orada gələcək mütəxəssislər müəyyən araşdırmalar aparsınlar, yaxud ən azından, heç olmasa yeni biliklərə yiyələnmək üçün o cihazlarla işləməyi bacarsınlar. Ona görə də belə məsələlər müzakirə edilməlidir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Bəxtiyar Əliyev komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, doktorantların elmi araşdırmalar aparması üçün büdcədən maliyyələşmənin aparılmaması müəyyən problemlər yaradır: “Dövlət sifarişli ixtisaslara qəbul olan tələbələr hansı ali məktəblərə daxil olursa, mülkiyyət formasından asılı olmayaraq, maliyyə xərcləri həmin məktəblərə ödənilir. Amma elmi araşdırmalarla bağlı müəyyən problemlər var. Təhsil müəssisələrində doktorantların elmi araşdırmalar aparması, laboratoriyalarda elmi tədqiqat işlərinin görülməsi üçün ayrıca maliyyə vəsaiti yoxdur. Bu gün insan kapitalının inkişafı lazımdır. Əgər elmi araşdırmalar aparılmayacaqsa, elmi araşdırmalarla təhsil bir yerdə olmayacaqsa, bu gün bizim təhsil müəssisələrində hazırladığımız kadrlar praktikada fəaliyyətə başlayanda artıq elmi nailiyyətlərinə sıfırdan başlayacaqlar".
B.Əliyev bildirib: "Bu gün Azərbaycan dövlətinin bir məqsədi var. Bu da yüksək texnologiyalar cəmiyyətini formalaşdırmaq və elm tutumlu sahələri inkişaf etdirməkdir. Yüksək ixtisaslı elmi kadrların hazırlanması yüksək vəsait tələb edir. Keyfiyyət üçün yaxsı vəsait qoyulmalıdır ki, keyfiyyət də əldə edək. Əlbəttə, Elmin İnkişafı Fondu var. Lakin onun da illik büdcəsi təxminən 5 milyon manatdır. Azərbaycanda güclü elmi laboratoriya yaratmaq istəyiriksə, bu məsələyə baxılmalıdır. AMEA və ali təhsil sistemində bu məsələlərə baxılmalı - ya ali məktəblərdə ixtisaslaşma, differensilaşma getməlidir, ya da qrant layihələri istiqamətində yeni qanun layihəsi üzərində düşünməliyik ki, bu layihələrlə konkret mexanimzlər işləyib hazırlaya bilək”
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.