Ulduzlar hər zaman öz işlərindən əlavə daha çox fotoları ilə gündəmdə qalırlar. Bəziləri, müxtəlif jurnallar üçün fotosessiya etdirir, bəziləri isə paparatsilərin hədəfinə düşür.
Axşam.az bir neçə məşhurun son günlərdəki yeni fotolarını təqdim edir.
Öz geyim üslubuyla həmişə diqqət mərkəzində olan modelyer Viktoriya Bekhem Nyu-York aeroportunda gündəlik geyimində görüntülənib.
Model Alessandro Ambrosio Braziliyanın məşhur brendi "Dzarm" üçün fotosessiya etdirib.
Keçmiş futbolçu Devid Bekhem UNİCEF-in xeyriyyə tədbirlərindən birində iştirak edib.
Müğənni Rita Ora "Adidas Originals"ın yaz-yaz kampaniyasının çəkilişində iştirak edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.