banner
banner

Şou

"Paltarlarım açıq-saçıq olmamalıdır"

"Paltarlarım açıq-saçıq olmamalıdır"

Müğənni Aygün Mahmudova geyimlərini seçərkən bir neçə şərtə əməl edir. 

Axşam.az-ın məlumatına görə, ifaçı “Günaydın” verilişində çoxlu pulu olsa, onu heç vaxt libasa xərcləməyəcəyini deyib: 

“Paltarlarım açıq-saçıq olmamalıdır. Birinci buna fikir verirəm. Sonra isə mənə yaraşıb-yarışmadığına baxıram. Ümumiyyətlə, dəblə ayaqlaşmaq üçün sənətçidə zövq, həvəs və pul olmalıdır. Mənim çoxlu pulum olsa, onu heç vaxt geyimlərə xərcləmərəm. Pulunu ancaq paltara xərcləyən insanlara yazığım gəlir. Mən Türkiyədə olanda fikir verirdim, bizim müğənnilər oradakıları təkrarlayır. Özlərini oranın sənətçilərinə oxşadırlar. Onlar kimi geyinir, saç düzümü etdirirlər”. 

Aygün əvvəllər modelyerlə işlədiyini, ailə qurduqdan sonra isə buna vaxtı olmadığını söyləyib: 

“Əvvəl modelyer Günel Vidadi ilə işləyirdim. Ana olandan sonra uşaqlarla çatdıra bilmirəm. Hərdən fikirləşirəm ki, vaxt var idi, mən bir gün evdə oturmazdım. Geyim axtarar, təzə paltar tikdirərdim”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.