ATV-də "kadr ZƏLZƏLƏSİ" - 32 əməkdaş işdən çıxarıldı
Bu gün rəhbərliyi dəyişən ATV kanalının 32 əməkdaşı işdən çıxarılıb.
Cİa.az teleqraf.com-a istinadən xəbər verir ki, onların içində ATV dizayn qrupunun rəhbəri , rejissor Rauf Ocaqverdiyev də var. Həmçinin ATV-nin baş prodüseri Taleh Bağırov, ATV-nin vitse-prezidentinin müavini, teleseriallar şöbəsinin rəhbəri Vado Korovin, “Azad Azərbaycan” Teleradio Yayım Kompaniyasının radio qrupları üzrə vitse-prezidenti Arzu Cəfərova da işdən azad edilənlər sırasındadır.
"Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti rəhbərliyinin dəyişdirilməsi məsələsi Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətində olan məsələ deyil".
Bunu "Report"a açıqlamasında MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov deyib. O bildirib ki, "Televiziya və radio yayımı" haqqında qanunun 2-ci maddəsinə əsasən, telekanal rəhbərliyinin dəyişdiriliməsi TV-nin təsisçilərinin səlahiyyətindədir: "Təsisçilərin qərarı ilə televiziya rəhbəri olmuş Vüqar Qaradağlının vəzifəsindən azad edilib, yerinə Azər Xəlilovun təyin olunması adi haldır. Burada qeyri-adi heç nə yoxdur".
T.Məmmədov CBC televiziya kanalının yayımının dayandırılması barədə gəzən söhbətlərə də münasibət bildirib. O, bu məlumatların doğru olmadığını deyib: "Televiziyanın rəhbəri başqa yerə gedirsə, bu, kanalın bağlanması demək deyil".
Qeyd edək ki, bu gün Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin prezidenti Vüqar Qaradağlının yerinə əməkdar jurnalist Azər Xəlilov təyin olunub. A.Xəlilov indiyədək CBC televiziyanının direktoru vəzifəsində çalışırdı.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.