banner
banner

Hərbİ

Avropanın ən güclü ordusu

Avropanın ən güclü ordusu

Rusiya ordusu Avropada ən güclü ordudur. ANS PRESS-in məlumatına görə, bu haqda “The National Interest” analitik nəşrində amerika hərbi analitiki Deyv Madjumdar yazıb.

Onun sözlərinə görə, Rusiya Avropada ən böyük nüvə potensialına malikdir. Rusiya həmçinin ordunun ehtiyaclarını tamamilə təmin edən ölkələrdən biridir.

Bu gün Avropada dörd güclü ordu mövcuddur. Amma Rusiya Silahlı Qüvvələri bu siyahıya başçılıq edir. Qonşu ölkələrlə müqayisədə Rusiyanın digər böyük üstünlüyü çoxsaylı və yaxşı təlim keçmiş hərbçilərə malik olımaısıdır.

“Rusiya ordusu minlərlə nüvə başlığına malikdir. Bu fakt Rusiyanı yer kürəsində ən əhəmiyyətli dövlətlərdən birinə çevirir. Bu ölkə ordusunun silahlarını özü təmin edir”, - deyə ekspert qeyd edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.