banner
banner

Gündəm

Hacı Qalib Çingiz Qənizadəyə MESAJ göndərdi: “Əcəb eləmişəm, məhkəmədə danışarıq!”

Hacı Qalib Çingiz Qənizadəyə MESAJ göndərdi:

“Əgər mən bir şeyi deyirəmsə, deməli onu düz deyirəm. Mən Çingiz Qənizadə haqqında heç bir yalan məlumat verməmişəm. Mən demişəm ki, Çingiz Qənizadənin keçmişi qaranlıqdır və sözümün üstündə də dururam. O, məni məhkəməyə verib. Məhkəmədə isə çox şeylər açılacaq. O, gördükləriniz jurnaldır”.

 

Bunu Modern.az-a açıqlamasında  şeyxin qudası, keçmiş millət vəkili hacı Qalib Salahzadə deyib.

 

Hacı Qalib bildirib ki, Çingiz Qənizadə Bakı şəhər prokuroru olanda onu və daha 8 nəfər qohum-əqrəbasını həbs etdirib.


“Onda Çingiz Qənizadə Xalq Cəbhəsinin ən fəallarından idi. İndi isə qayda-qanun var. Camaata xox gəlmə. Get, nə bilirsən onu da elə. Çingiz Qənizadə, sən kimi qorxudursan? Aləmi niyə bir-birinə qatırsan? Nə sözün varsa, məhkəmədə danışarıq. Mən heç səndən o vaxt qorxmamışam, qaldı ki, indi qorxum. Çingiz Qənizadə qardaşımı, əmimoğlunu həbs etdirmişdi. O, camaata çox işgəncələr verib. Hələ mənim özümə qarşı nələri edib, demirəm. Məhkəmədə danışarıq. Mənim vecimə də deyil. Vaxtilə Xalq Cəbhəsində olan adam indi gəlib YAP-çını məhkəməyə verir. Halbuki, bunların özləri indiyə qədər türmədə olmalıydı. Onlar həbs olunmalıdırlar. Cənab prezident humanist adamdır. Ona görə çöldədirlər.  
Mən Çingiz Qənizadə haqqında nə demişəmsə, əcəb etmişəm. İndi də deyirəm və sözümün üstündə də dayanıram. Onun keçmişi qaranlıq olmasaydı, niyə həbs olunmuşdu? O, nəyə görə səkkiz ay türmədə yatıb? Çünki camaata əziyyət, işgəncə verib. Çingiz Qənizadə kimdir ki, məni də həbs etdirsin? Çingiz Qənizadə mənim onun haqqında dediyim “keçmişi qaranlıqdır” sözünü necə qəbul edir? Bunu desin bilim”.


Qalib Salahzadə bildirib ki, Çingiz Qənizadəyə kimlərsə dərs keçir. 


“Onlar ehtiyat edirlər ki, hacı Qalib yenə də deputat seçilə bilər. Bu, 2020-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıqdır. Mən bilirəm ki, bu, kimlərin tapşırığıdır. Kimlərin narahatçılıq keçirdiyini özüm bilirəm. Bunların hamısı mənə qarşı təşkil olunmuş oyunlardır. Burada da əsas məqsəd 2020-ci ildə keçiriləcək parlament seçkilərində iştirakımın qarşısını almaqdır. Hətta ola bilər ki, bu oyunlar müxtəlif adamlar tərəfindən təkrar olunsun”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.