banner
banner

Gündəm

Ankarada Telman İsmayılova həbs sanksiyası

Ankarada Telman İsmayılova həbs sanksiyası

Rusiyada sifarişli qətilərdə adı hallanan  “AST” Şirkətlər  Qrupunun sabiq prezidenti Telman İsmayılovun (“AST Telman”) həbsi gündəmə gəlib. Ötən həftə cinayət işi üzrə 15 il köməkçisi işləmiş Sergey Qavryuşinin T.İsmayılovun əleyhinə ifadəsinin açıqlanması  tezliklə belə bir qərarın veriləcəyinə işarə idi. Təsadüfi deyil ki, Qavryuşinin ifadələrindən sonra T.İsmayılovun Moskvadakı evlərində axtarış aparılmasına qərar verilmişdi. Qavryuşin İsmayılov qardaşlarına “kölgələri” qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər  və qurduqları planlardan onun da xəbəri olub.

Qeyd edək ki, bundan əvvəl də İsmayılovların əleyhinə daha bir yaxın adamları-Rafiq İsmayılovun “sağ əli” hesab olunan Harri Boleçerkovski ifadə vermişdi. O da demişdi ki, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib. Bütün qətllər Moskvanın Şimal Administrativ Dairəsində ticarət obyektləri uğrunda aparılan kriminal müharibə ilə bağlı olub. Beloçerkovski biznesmen Andrey Lobanovun aradan götürülməsi söhbətinə şəxsən şahidlik etdiyini bildirib.

Sentyabrın 29-da"Rosbalt" agentliyi xəbər verir ki, Moskva vilayətindəki “Abramtsevo” bazarına nəzarət edən “Lyubertsı” mütəşəkkil cinayətkar qruplaşmasının avtoritetlərinin qətlə yetirilməsində “AST Telman”ın ailəsi şübhəli bilinir. Bunu agentliyə  Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Image result for AST Telman

Hüquq-mühafizə orqanlarının məlumatına görə, T.İsmayılova məxsus “Çerkizov” bazarının bağlanmasından sonra onun ailə üzvləri ticarətlərini davam etdirmək üçün yeni obyektlər axtarıblar və Moskva vilayətindəki “Abramtsevo” bazarı onların diqqətini cəlb edib.

Bu bazar isə “Lyubertsı” mütəşəkkil cinayətkar qruplaşmasının avtoritetləri və onlara yaxın biznesmenlərin nəzarəti altında olub. Bu ərəfədə həmin qruplaşmaların liderləri bir-bir qətlə yetirilib. Şahidlərin istintaqa verdiyi ifadəyə əsasən, hücumların arxasında T.İsmayılovun ailəsinin dayandığını söyləməyə əsas var.

“İş üzrə yalnız Telman yox, həm də onun övladlarının adları hallanır. Hər şey tezliklə Telman İsmayılovun axtarışa veriləcəyinə doğru gedir”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Yada salaq ki, “AST Telman”ın həbs edilən Rafiq İsmayılovdan başqa qardaşı- Vaqif İsmayılov da  2 nəfərin qətl işi üzrə əsas fiqurantdır. V.İsmayılov Rusiya DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməkdaşı hazırda axtarışdadır.

Image result for Rafiq İsmayılovdan başqa qardaşı- Vaqif İsmayılov

Rusiyada sıxışdırılandan sonra Türkiyəyə yerləşən “AST Telman”ın bu ölkəyə gəlməsinə hökumət o qədər də isti baxmırdı.  Amma sonrada müəyyən razılaşmalar oldu və 2009-cu ilin 23 mayında Antalyada atasının adını daşıyan yeddi ulduz  “Mardan Palace”nin açılışını etdi. 1 milyard dollara başa gələn “Mardan Palace”  Avropada ən lüks hotel hesab olunurdu. 2013-cü ildə T.İsmayılov Türkiyə vətəndaşlığını almaq üçün  rəsmi müraciət etmişdi.  2014-cü ildə  dəyişikliklər edilən “Türk Vətəndaşlığı Qanunu” Türkiyəyə investisiya vəsaiti yatıran əcnəbilərin ölkə vətəndaşı olmasını asanlaşdırdı.  Amma T.İsmayılovun  Türkiyə vətəndaşlığı alıb-almadığı bilinmədi.   

Borcları səbəbindən hotelinin  indi kimə məxsus olduğu barədə dəqiq bilgi yoxdur.  Eləcə də T.İsmayılovun harada olması barədə də. T.Ismayılovun yəhudi kökənli olduğu üçün Rusiyanı tərk etdikdən sonra  İsrail vətəndaşlığı aldığı deyilir.  İsraillə sıx bağlılığı səbəbindən onun hazırda da bu ölkədə olduğu güman edilir. 

Bəzi mənbələr Rusiya prezidenti Vladimir Putinin və nümayəndə heyətinin Ankaraya srağagünkü səfərində “AST Telman” mövzusunun da gündəmə gəldiyini ehtimal edir. İddia olunur ki, birbaşa prezidentlər səviyyəsində olmasa da, Ankaradan onunla bağlı bilgi istənilsin. 

Bəs, “AST Telman” özü haradadır?  Yaxın günlərdə veriləcək həbs sanksiyası bu suala böyük ölçüdə aydınlıq gətirə bilir.

“YM”

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.