banner
banner

Gündəm

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Yeni qəbul imtahanı MODELİ:

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelini açıqlayıb.

                   

Bununla əlaqədar təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Modern.az-ayeni imtahan modelindəki həssas məqamları açıqlayıb.

 

Ekspert bildirib ki, imtahan iki mərhələli olacaq.

 

“Birinci mərhələ həm buraxılış (attestat) imtahanı olacaq həmdə kolleclərə, qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq üçün V qrup. Qəbul imtahanlarında 1-ci mərhələnin nəticəsi ikinci mərhələ ilə toplanacaq yekunda maksimum bal 700 bal olcaq (ehtimal 1-ci mərhələ 300 bal, 2-ci mərhələ 400 bal). Yenilik o demək deyil ki, artıq abituriyentlər Azərbaycan dilindən və xarici dildən imtahan verməyəcək. Əksinə bütün qrupların abituriyentləri birinci mərhələdə mütləq iştirak etməlidir və Azəbaycan dili və xarici dildən imtahan verəcəklər. Hətta əvvəlki illərin məzunları V qrupdan bu fənlər üzrə imtahan verdikdən sonra qəbul imtahanlarında iştirak etməlidilər”.

 

K.Əsədov qeyd edib ki, buraxılış imtahanları daha əvvəlki illərdə olduğu kimi sadə formatda olmayacaq.

 

 “Daha ciddi və peşəkar suallardan tərtib olunacaq.  Təhsildə repetitorların rolu danılmazdır. Yəni ali məktəblərə qəbul zamanı göstərilən nəticələr məhz onların fəaliyyətinin nəticəsidir.

 

Amma təhsili repetitorlardan asılı halda saxlamaq olmaz. Azərbaycan dili və xarici dil qəbul imtahanlarının ixtisas quruplarından çıxarılıb, amma qəbul imtahanının tərkib hissəsi və 1-ci mərhələsi olan hissədə var. Bu o deməkdir ki, bu fənnin müəllimləri yenə də repetitorluğa davam edəcəklər. Çünki bütün ixtisaslar 1-ci mərhələdə iştirak etməlidir. Yəni 1-ci mərhələ qəbul imtahanlarında iştirak etmək üçün məcburidir.

 

Ekspert deyib ki,  ilkin vaxtlarda çoxları birinci mərhələnin asan və sadə olacağını düşünüb, imatahana ciddi yanaşmayacaq.

 

“Amma indidən bu mərhələyə xüsusi yanaşmaq və ciddi şəkildə hazırlaşmaq lazımdır. Çünki qəbul imtahanlarının azı 30-40 faiz balı bu mərhələdə toplanmalıdır. Qəbul imtahanları təkcə buraxılış və qəbul imtahanlarından ibarət olmayacaq. Esse və inşa kimi yeni qaydalar və əlavə mərhələdə tətbiq olunacaq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.