banner
banner

Dünya

Niqab qadağası ölkəni qarışdırdı

Niqab qadağası ölkəni qarışdırdı

Avstriyada qüvvəyə minən niqab qadağası etirazlara səbəb olub.

Axar.az xəbər verir ki, Vyanada parlament binası önündə toplaşan 1000-ə yaxın insan üzlərini maskalarla örtərək sözügedən qanun layihəsinə etiraz ediblər.

Etirazçılar hər kəsin istədiyi kimi geyinmək haqqının olduğunu, dövlətin və ya başqa bir qurumun buna müdaxiləsinin yolverilməz olduğunu bildiriblər.

Qeyd edək ki, bundan öncə Avstiyada ictimaiyyət arasında üzün tanınmayacaq şəkildə örtülməsini qadağan edən qanun layihəsi qəbul edilib. Qanuna əməl etməyən şəxslər üçün isə 150 avro məbləğində cərimə nəzərdə tutulub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.