İbrahim bu fotoya üsyan etdi: "Mənim orada nə işim var?"
Müğənni İbrahim Tatlıses sosial mediada yayılmış şəklini gördükdə üsyan edib. Sosial şəbəkələrdə ifaçının fotoşopla hazırlanmış Şimali İraqda səsvermədə olduğunu əks etdirən fotosu yayılıb. Şəklə müxtəlif şərhlərin yazıldığını görən İbrahim rəsmi İnstaqram səhifəsində buna aydınlıq gətirib. O, fotonun orijinal variantını hesabında paylaşaraq yazıb:
“Ağıl var, məntiq var. Mənim Türkiyə vətəndaşı ola-ola İraq referendumunda nə işim var? Bəziləri fotoşopdan istifadə edərək insanları aldatmağa çalışırlar. Gözəl qardaşlar, orijinal şəkil paylaşaraq istədim biləsiniz ki, bu, 16 aprel konstitusiyaya dəyişiklik zamanı çəkilmiş fotodur. Bir ildir İzmirdəyəm, heç hara getməmişəm. Bunu hamı bilir. Odur ki, kimin nə etmək istədiyini anlaya bilmirəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.