banner
banner

Gündəm

Bayraq, gerb, himn dəyişdirilməyəcək - Hörmətsizliyə görə isə cəzalar sərtləşəcək

Bayraq, gerb, himn dəyişdirilməyəcək -

Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işlər planına " Dövlət bayrağı haqqında", " Dövlət gerbi haqqında" və " Dövlət himni haqqında" qanunlara əlavə və dəyişikliklərin edilməsi daxildir.

1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyanın 23-cü maddəsində qeyd edilib ki, “Dövlət rəmzləri haqqında” Konstitusiya qanunu qəbul edilməlidir.

Milli Məclisdən cia.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, Konstitusiyanın tələbini yerinə yetirmək üçün “Dövlət rəmzləri haqqında” yeni qanun layihəsi hazırlanır.  

Yeni qanun layihəsinin hazırlanması istiqamətində parlamentin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində iş aparılır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında bildirib ki, ali, icraedici və digər orqanlarda dövlət bayrağının, dövlət gerbinin, dövlət himninin dəyişdirilməsi haqqında məsələ müzakirə edilmir.

“Bu dövlət atributlarının Konstitusiyaya bərabər qanunla tənzimlənməsi istiqamətində işlər aparılır. 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyanın 23-cü maddəsində qeyd edilib ki, “Dövlət rəmzləri haqqında” Konstitusiya qanunu qəbul edilməlidir”.

Deputat bildirib ki, dövlət bayrağına, dövlət gerbinə, dövlət himninə hörmətsizlik edənlər barədə yeni qanun layihəsində müəyyən məsuliyyət nəzərdə tutulacaq.

“Həmçinin, bununla bağlı Cinayət, İnzibati və digər məcəllələrdə əlavələr ediləcək. Ümumi məsuliyyət məsələsi ortaya qoyulacaq və bununla bağlı digər qanunvericiliklərdə dəyişikliklər edilə bilər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.