banner
banner

Gündəm

Rektor aparıcıları ittiham etdi: “Axırıncı oxuduqları kitab “Əlifba”dır”

Rektor aparıcıları ittiham etdi:

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla da “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” konfransında çıxış edib.

 

"Qafqazinfo" xəbər verir ki, rektor prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə bağlı həyəcanının və diqqətinin başa düşülməli olduğunu qeyd edib:

 

"Cənab prezidentin çıxışları şəxsi örnəkdir. O, səlis, dəqiq, müdrik nitqi ilə Azərbaycan dilinə münasibətini göstərir. Biz bu gün yığışdıq, bəs sabah nə olacaq? Sabah yenə aparıcılar buna əməl edəcəkmi? Dil xalqa məxsudur. Onu məhv etmək olmaz. Əslində öz nitqini pozanların da bir intellekt xəstəliyi var. Azərbaycan dilini zəif bilən, danışa bilməyən adam yoxdur. Aparıcıların intelləktə malik olmaları, danışdıqları məsələni bilməsi lazımdır.

 

İntellekt olmasa, dilə başqa sözlər gətiriləcək. Dilə başqa sözlərin gəlməsindən qorxmaq lazım deyil. 

 

Bəzən mən elə sözlər eşidirəm ki, ondan sarsılıram. İntellektual səviyyəsi olmayan adamı nə qədər gözəl olsa da, efirə gətirməməliyik.

 

Ona elə gəlir ki, "musiqilər" sözü ola bilər,  mən də onu işlədim. Multikultural cəmiyyət üçün ən təhlükə məsələ dil məsələsidir.  Mən əminəm ki, aparıcıların 90 faizinin ədəbiyyatdan xəbəri yoxdur. Axırıncı oxuduğu kitab " Əlifba" kitabıdır"



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.