banner
banner

Sosİal

Prezident "ASAN"la bağlı fərman verdi

Prezident "ASAN"la bağlı fərman verdi

Prezident “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman verib.

ANS PRESS-in məlumatına görə, prezidentin fərmanına əsasən, “ASAN ödəniş” sistemi haqqında Əsasnamə” təsdiq edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb.

Həmçinin, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi də fərmanda öz əksini tapıb.

“ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələbləri və “ASAN ödəniş” sistemindən istifadə qaydalarını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməlidir.

Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir. Nazirlər Kabinetinə bu fərmandan irəli gələn digər məsələlərin də həll etməsi tapşırılıb.

Prezzidentin digər bi tapşırığına əsasən, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə, “ASAN ödəniş” sisteminin fəaliyyətinin təşkili, idarə olunması və saxlanılması xərclərinin maliyyələşdirilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

5. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər):

5.1. informasiya sistemləri və ehtiyatlarının “ASAN ödəniş” sisteminə qoşulması üçün zəruri tədbirlər görsünlər;

5.2. inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolların, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin real vaxt rejimində “ASAN ödəniş” sisteminə ötürmək məqsədilə proqram təminatının dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etsinlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi isə “ASAN ödəniş” sisteminin fəaliyyətinin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir. “ASAN ödəniş” sistemi vasitəsilə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanları arasında məlumat mübadiləsini və əməliyyatları təhlükəsiz və operativ şəkildə həyata keçirmək məqsədi ilə vahid inteqrasiya və mobil xidmətlər şlüzündən (m-Gov) istifadə olunmasını təmin etməlidir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi isə dövlət orqanlarının “ASAN ödəniş” sisteminə qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etməli, “ASAN ödəniş” sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görməlidir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.