banner
banner

Dünya

Rusiya: ABŞ Obamanın tapşırıqlarını icra edir

Rusiya: ABŞ Obamanın tapşırıqlarını icra edir

ABŞ-ın Suriyadakı Ət-Tanf bazası yaxınlığındakı fəaliyyəti ölkəni bölmək cəhdini xatırladır.

Axar.az xəbər verir ki,bunu Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru Qeorqiy Borisenko deyib. Onun sözlərinə görə, Amerika tərəfi İŞİD-lə qarşılıqlı əlaqəni inkar etsə də, Rusiya öz təcrübəsinə əsaslanaraq Pentaqonun Suriyada müxtəlif ekstremist qruplarla tez-tez qarşılıqlı əlaqə qurduğunu yaxşı bilir:

"Əlbəttə ki, bizim bu məsələ ilə bağlı çoxlu suallarımız yaranır. Görəsən, amerikalıların Suriyada nə işi var? Rusiya qüvvələrindən fərqli olaraq, onlar beynəlxalq hüququ pozaraq orada yerləşiblər. Vaşinqtonu Suriyada İŞİD-lə mübarizə yox, Dəməşq hökumətinin devrilməsi maraqlandırır. Görünür, ABŞ Barak Obama dövründən qoyulan tapşırığın icrasında əl çəkməyib".

Qeyd edək ki, Rusiya bundan öncə Ət-Tanf bazası yaxınlığında ABŞ-ın İŞİD üçün münbit şərait yaratdığını iddia etmişdi.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.