banner
banner

Gündəm

Qız-oğlan problemi-BMT narahatdır, azərbaycanlılar isə yox...

Qız-oğlan problemi-BMT narahatdır,

Ekspertlər bu işdə təkcə valideynləri deyil, həm də cəmiyyəti günahlandırırlar

BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyi Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulmasından narahatlığını bildirib. BMT Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin 11 oktyabr - Beynəlxalq Qız Övladları Günü ilə əlaqədar hazırladığı məlumatda qeyd edilir ki, cəmiyyətimizdə hökm sürən bir sıra mənfi stereotiplər qızların ailədə arzuolunmaz övlad olmasına səbəb olub: “Təəssüflər olsun ki, ölkəmizdə qız övladına münasibət birmənalı deyil. Cəmiyyətimizdə hökm sürən bir sıra mənfi stereotiplər qızların ailədə arzuolunmaz övlad olmasına səbəb olur. Məhz bu münasibət nəticəsində doğulan uşaqlar arasında cinsi nisbətin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, ölkəmizdə bu rəqəm 114 təşkil edir. Bu durumla qarşılaşan ölkələrin keçdiyi yola nəzər salsaq, belə dinamika ilə Azərbaycan cəmiyyətinin qarşısı çox çətin alınan bir sıra problemlərlə üzləşə biləcəyini ehtimalı çox böyükdür”.

Məlumatda bildirilir ki, bu problem BMT-nin Əhali Fondunu çox narahat edir. Bunu nəzərə alaraq BMT-nin Əhali Fondu uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması məqsədilə bir sıra layihələri həyata keçirir.

Maraqlıdır, ölkədə oğlan uşağına olan hədsiz məhəbbət psixoloji  haldırmı, yoxsa mentalitetdən irəli gəlir?

Image result for Vəfa Rəşidova

Psixoloq Vəfa Rəşidova bu düşüncənin əsrlər boyu belə olduğunu dedi: “Tarixə nəzər salsaq görəcəyik ki, qız uşaqlarına qarşı fikir birmənalı olmayıb. Yəni hər zaman qız uşaqları 2-3-cü planda olub. Bir çox ailələrdə oğlan övladı isə birinci sayılıb. Bu düşüncə necə beynimizə oturubsa, uzun müddət lazım olacaq ki, bunu beynimizdən silə bilək. Təəssüflər olsun ki, bu mövzuya daha çox bəylər, yəni ailə başçıları aqressiv yanaşır. Çünki burada psixoloji bir narahatçılıq, psixoloji sarsıntı var. Qız uşaqları dünyaya gələn ataların qəribə bir qorxusu olur. Hansı ailələrdə qız uşaqlarının sevilmədiyinə diqqət etsək görəcəyik ki, o ailədə bəy, ailə başçısı çox aqressivdir, onun xanımlarla bağlı ciddi problemi, travması olur. Problemin kökünə varıb bunu açıq şəkildə deməliyik ki, bu azalsın. Neçə-neçə ailələr bu problemdən əziyyət çəkir. Neçə dəfələrlə xanım pasientlərim olub ki, deyiblər qız övladım olduğu üçün ailədə aşağılanıram. Bu bir fəlakətdir, SOS vəziyyətidir. Ona görə də insan birinci öz travmalarını düzəltməlidir ki, onun qız övladı dünyaya gələndə ona sevgi dolu qucağını aça bilsin. Qadına hörmət etməyən, ona zərif bir məxluq kimi baxmayan insan əlbəttə ki, qız övladını sevə bilməz. Qızı olduğu üçün boşanan bəylər əslində qız övladlarından, xanımından qaçmırlar, öz qorxularından qaçırlar. Amma inanıram ki, bu sözlərim çox insanları düşündürəcək”.

Image result for Sosioloq Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu dedi ki, cəmiyyətdəki indiki əxlaqi normalara görə valideynlər qız uşaqlarını cəmiyyətə buraxmaq istəmir: “Bir var tarixi ənənə, bir də var günün reallığı, sosial iqtisadi vəziyyət. Burada ikisinin təsiri var. Şərqdə daha çox oğlan uşağına üstünlük verilir. Bu onunla bağlı idi ki, əvvəllər oğlan uşağı böyüyəndə evə iqtisadi cəhətdən daha çox kömək edirdi və qanın daşıyıcısı sayılırdı. Oğlan uşağından olan yeni uşaq o nəslin davamçısı, qız uşağından olan uşaq isə ikinci dərəcəli sayılırdı. Oğlan uşaqları vətənin müdafiəsində olurdu. Bütün bu faktorlar həmişə tarix boyu populyar edib ki, evdə oğlan uşağının olması daha müsbət hal kimi baxılır. Bu gün isə buna başqa faktorlar da əlavə olunub. O vaxtlar qadınlar evdarlıqla məşğul olurdu. Amma indi qızlar da kifayət qədər ailəni tanıdır, iqtisadi baxımdan ailəyə müsbət təsir edir. Artıq oğlanlar gördüyü funksiyanı qızlarda görür. İndiki cəmiyyətdə mənəviyyatla, əxlaqla bağlı problemlər yaranıb. Bir çox valideynlər indiki mühitdən qorxur. Onlar deyir ki, məsələn, 60-70-ci illərdə valideyn öz qızını cəmiyyətə asanlıqla buraxırdı, rayondan Bakıya oxumağa çox rahatlıqla göndərirdi. Hazırda cəmiyyətdə gedən bu əxlaqi mənəvi gərginliklər, qarışıqlıqlar elə bir şərait yaradıb ki, valideynlər qız uşaqlarını cəmiyyətə buraxmaq istəmir. Qız uşağını ona görə istəmirlər ki, böyüyüb hansısa əxlaqi deformasiyaya uğraya bilər, başına işlər gələ bilər. Bu da qız uşağının doğulmasının qarşısını alır”.

YM



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.