banner
banner

Hərbİ

Zakir Həsənov əmr verdi: raket atıldı - FOTO

Zakir Həsənov əmr verdi: raket atıldı

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Hava Hücumundan Müdafiə Qoşunlarının “Buk-MB” zenit-raket komplekslərinin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cia.az-a  verilən məlumata görə, tapşırıqların yerinə yetirilməsi zamanı çətin radioelektron maneə şəraitində şərti düşmənin yüksəksürətli, kiçik ölçülü hava hədəfləri aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə məhv edilib.

 

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.