Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə olunub
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 16-da bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb. Cia.az xəbər verir ki, regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bu formatda görüşlərin keçirilməsinin ölkələrimizin təhlükəsizliyinə təhdid törədən beynəlxalq terrorizm, aqressiv separatizm və digər təzahürlərlə mübarizədə səylərin birləşdirilməsində əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Müdafiə nazirləri hərbi sahədə əməkdaşlığın inkişafının ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə, xüsusilə Müdafiə Nazirlikləri arasında qarşılıqlı əlaqələrin genişlənməsinə, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.
Tərəflər Azərbaycan və Gürcüstan ərazisində həyata keçirən mühüm infrastruktur layihələrinin təhlükəsizliyinin təmin olunmasında formalaşmış ikitərəfli tərəfdaşlığın gücləndirilməsinin vacibliyini də xüsusi vurğulayıblar.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.