banner
banner

Gündəm

Ziya Məmmədov haradadır?

Ziya Məmmədov haradadır?

Artıq səkkiz aydır ki, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. Ziya Məmmədovun nazir postunu itirməsindən keçən bu müddət ərzində onun harada olması, hansı işlərlə məşğul olması və sair barədə mətbuatda ziddiyyətli məlumatlar yer alıb. Sabiq nazirin ata yurdu Ucara çəkilərək, Quranı oxumağa başladığı da deyilirdi.

Bundan əlavə, Z.Məmmədov və oğlu Anar Məmmədovun Azərbaycanda olan biznesinin əlindən alındığı, hətta evlərini belə satışa çıxartdığı da yayılan məlumatlar arasındadır. Bu günlərdə isə sosial şəbəkələrdə A.Məmmədovun metroda görüldüyünə dair informasiya paylaşıldı.

Z.Məmmədov hazırda haradadır? Yayılan məlumatlar nə qədər reallığı əks etdirir? Bu və ya digər suallara aydınlıq gətirmək üçün onun özü ilə danışmaq istədik. Sabiq nazirin telefonunu açan Akif adlı şəxs “Ziya müəllim rayondadır, bir həftəyə gələcək. Gələndən sonra yəqin ki, özü sizin suallarınızı cavablandırar” dedi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.