Türkiyə ilə ABŞ arasında mühüm anlaşma: viza problemi həll olunur
"Türkiyə ilə ABŞ arasında viza danışıqlarında uğurlu nəticələr əldə edilib".
Musavat.com-un məlumatına görə, bu sözləri ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert gündəlik keçirilən mətbuat konfransında deyib. Qarşılıqlı viza probleminin qısa müddətdə həll olunacağına ümid etdiyini bildirən XİN sözçüsü danışıqların uğurlu keçdiyini, mühüm irəliləyişin əldə olunduğunu qeyd edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.