banner
banner

Hərbİ

İri miqyaslı hərbi təlimləri keçirilir

İri miqyaslı hərbi təlimləri keçirilir

Rusiyanın 12 regionunda strateji raket qüvvələrinin iri miqyaslı hərbi təlimləri keçirilir.

"Report" RİA Novosti agentliyinə istinadla verdiyi xəbərə görə, Rusiya müdafiə nazirliyinin polkovniki İgor Yegorov bildirib ki, təlimlərə səyyar və şaxtalarda yerləşdirilən raket kompleksləri cəlb olunub.

Onun sözlərinə görə, manevrlərdə qərbi Tver vilayətindən Sibirin İrkutsk vilayətinədək 30-dan çox raket polku iştirak edir.

Təlimlərdə hərbi hazırlıq, hücum və döyüş əməliyyatlarında manevrlər də daxil olmaqla bir neçə missiya yerinə yetirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.