Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 50 min imza toplandı
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun nəzdində yaradılan İşçi Qrupun üzvləri ilə görüşüb. Şuranın mətbuat xidmətindən "Report"a bildiriblər ki, Xocalı soyqırımının ildönümü ərəfəsində keçirilən görüşdə İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət üçün yaradılan “Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyası ilə bağlı müzakirələr aparılıb, görülən işlərlə bağlı hesabat dinlənilib. Görüşdə çıxış edən Şuranın üzvü, İşçi Qrupun rəhbəri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov petisiyanın imzalanması istiqamətində bu günə kimi görülən işlərdən danışıb. Qeyd edilib ki, 2 həftə ərzində 50 min imza toplanılıb və səsvermə sürətlə davam etdirilir. Görüşdə petisiyanı imzalayanların sayının yaxın bir həftə ərzində 100 minə çatdırılması üçün yeni iş bölgüsü aparılıb və görüləcək işlərlə bağlı QHT rəhbərlərinin fikir və rəyləri dinlənilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.