Ukraynanın silahlandırılmasıyla bağlı qanun layihəsi
ABŞ Konqresində bir qrup respublikaçı senator tərəfindən Ukraynaya silah-sursat verilməsi haqda qanun layihəsi hazırlanıb. CİA.Az Azadlıq radiosuna istinadla xəbər verir ki, bu sənəd artıq Konqresin məlumat bazasında qeydiyyata alınıb. Ekspertlər hesab edir ki, əgər sözü gedən layihə qəbul edilərsə, bu, rusiyameylli separatçılarla qarşıdurmada Ukrayna ordusuna böyük dəstək ola bilər. Amma eyni zamanda bunun Avropada genişmiqyaslı müharibəyə səbəb ola biləcəyindən ehtiyatlananlar da var.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.