banner
banner

Gündəm

Qaçan dustaqların işi generalı bitirə bilər - şok açar fiqur

Qaçan dustaqların işi generalı bitirə bilər

Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxta gətirilən məhbusların qaçması ölkə gündəminin müzakirə mövzularından biridir. Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda CM-in müxtəlif maddələri ilə təqsirləndirilən “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov və 1989-cu il təvəllüdlü, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən “Abdulla” ləqəbli  Əli Ağaminin axtarışları davam edir.

Onların məhz harada qaça bildikləri dəqiq bilinmədiyi üçün axtarışların da əhatə dairəsi məlum deyil. Məsələn, son iki gündə paytaxt Bakıda xüsusi gücləndirilmiş tədbirlər gözə dəymir. Bu o anlama gəlir ki, məhbusların Bakıda gizlənə biləcəyi versiyası hələ ki yoxdur.

Bu arada lent.az saytı qaçışın necə gerçəkləşməsi barədə sensasion xəbər yayıb. Bildirilir ki, hər iki məhbus daha öncə 7-8 dəfə xüsusi təyinatlı vaqonla Lənkərana aparılıb-gətirilib.

Məhz həmin qatarla mütəmadi səfər etmələri məhbuslara plan qurmaq üçün fürsət yaradıb. Onlar bu məqsədlə altıbucaqlı formada olan xüsusi açar əldə ediblər. Məhbuslar Lənkərandan gələn qatar Biləcəri stansiyasına yaxınlaşarkən, sübh tezdən həmin açarla vaqonun pəncərəsini açıblar və qatar dayanan kimi pəncərənin dəmir barmaqlıqlı çərçivəsini çıxardaraq oradan düşüb qaçıblar. Yalnız qatar “28 May” stansiyasına çatanda hər iki məhbusun aradan çıxdığı məlum olub.

Image result for Qaçan Məhbuslar

Astara-Bakı qatarı bir neçə məntəqədə İran sərhədinə yaxın keçir. Ola bilər ki, istintaq məhkumların qaçaq yolla İrana keçə biləcəkləri versiyasını da araşdırsın. Məhkumların qaçmasının gec bilindiyi (amma nə qədər gec, bu, açıqlanmır) səbəbindən onların hətta Rusiya və ya Gürcüstan istiqamətinə də gedə biləcəkləri istisna edilmir. Amma böyük ehtimalla qaçışı planlaşdıranlar bütün marşrutu dəqiq  düşünüblər. Onların hələ də Azərbaycanda gizləndikləri də gümanlar sırasındadır. Ə.Ağami iki il əvvəl Şirvanda “Krıtı Elvin” kimi tanınan Elvin Nəciyevi öldürüb. O, Samux dövlət sərhəd-keçid məntəqəsini keçmək istəyərkən yaxalanıb. E.Məmmədov həmin qətl işinə görə tutulsa da, rəsmi məlumatdan göründüyü kimi, Cinayət Məcəlləsinin 234.4.3-cü - külli miqdarda narkotik vasitələrin satışında suçlanır.

Hər iki şəxs barəsində ötən həftə Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib. Daha bir ilginc məlumat isə budur ki, qaçan məhbuslara oktyabrın 24-də Lənkəran Şəhər Məhkəməsində  hökm oxunacaqmış (modern.az). “Belə olduğu təqdirdə onlar oktyabrın 23-də Bakıya hansı məqsədlə gətirilirmiş?” sualına gəlincə, bildirilir ki, Lənkəranda istintaq təcridxanası yoxdur. Təqsirləndirilən şəxslər müvəqqəti saxlanma yerinə aparılarkən polis şöbələrinin müvəqqəti saxlanma yerində saxlanılır. Mövcud qanunvericiliyə görə, şəxslərin 10 gündən artıq müvəqqəti saxlanma yerində qalmasına icazə verilmir.

Image result for Hüseyn Əlixanov

Daha bir maraqlı fakt 1980-ci il təvəllüdlü “Qoca” haqqındadır. Məlum olub ki, o, uşaq yaşlarında cinayət törətdiyi üçün həbsə düşüb. “Maloletka”da qaldığı dövrdə həbsxana nəzarətçisini qətlə yetirib. Yaşı az olduğu üçün bu cinayətə görə 10 il azadlıqdan məhrum edilib. “Qoca”nın həbsxanada “nadzor”u qətlə yetirməsi kriminal aləmdə səs-küyə səbəb olub. Təkcə Azərbaycanda deyil, keçmiş MBD ölkələrində kriminal aləm üzvləri tərəfindən onun avtoriteti qəbul edilib.

Image result for Qaçan Məhbuslar

Xələcdə cəza çəkdiyi müddətdə onun həbsxanada “bunt” qaldırdığı bildirilir. O, azadlığa çıxdıqdan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal “razborkalar”a qoşulub. Dəfələrlə xırda cinayətlərə görə saxlanılıb, lakin bir müddət sonra azadlığa çıxa bilib. “Qoca”nın “Lotu Quli” ləqəbli Nadir Səlifova yaxın olduğu iddia olunur.

Qaçanlar hələ tutulmasa da, Baş Prokurorluqda faktla bağlı başladılmış istintaq Penitensiar Xidmətin üç əməkdaşının saxlanmasına səbəb olub. Belə ki, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılaraq istintaqa cəlb ediliblər. Hər üç şəxs son iki günü Nərimanov Rayon Polis İdarəsinin təcridxanasında keçirib. Bundan başqa, hadisə zamanı qatarda olan Penitensiar Xidmətin bir neçə əməkdaşı isə dindirilir.

Image result for Qaçan Məhbuslar

Qarovul rəisi Ceyhun Səmədovun Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğlu olması barədə məlumat yayılıb (“Report”).  Uzun illər prokurorluq orqanların işləmiş H.Əlixanov 2004-cü ildən ədliyyə orqanlarında xidmətə keçirilərək Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi təyin edilib. 2007-ci ildən Penitensiar Xidmətin rəis müavinidir.  Mümkündür ki, bu cinayət işində əsas fiqurun RX rəis müavininin ən yaxın qohumu olması generalın da karyerasına ciddi təhlükə olsun. Hələ bir çox gizli məqamların dustaqların həbsindən sonra üzə çıxacağı gözlənilir ki, bu da onların hökmündən əvvəl yüksək vəzifəli bəzi şəxslərə hökm (cəza) veriləcəyi etimalını gücləndirir.  



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.