banner
banner

Gündəm

NƏHAYƏT! Yol polisi sükan arxasında danışmaqla bağlı məsələyə son qoydu

NƏHAYƏT!

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin sükan arxasında olarkən sərnişinləri ilə danışmalarına görə məsuliyyətə cəlb olunmaları ilə bağlı məsələyə aydınlıq gətirib.

Trend-in məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, bununla bağlı sosial şəbəkələrdə əsassız müzakirələr aparılır, həqiqətə uyğun olmayan, guya qanunvericilikdə bununla bağlı dəyişikliklər olması haqda yanlış informasiyalar yayılmaqla yol hərəkəti iştirakçıları arasında bilərəkdən çaşqınlıq yaradılır.

Bununla əlaqədar Baş Dövlət Yol Polis İdarəsi bir daha hərəkət iştirakçılarının, xüsusilə sürücülərin diqqətinə çatdırır ki, sürücünün sükan arxasında, sərnişinlərin isə nəqliyyat vasitəsində gedərkən danışmasının qadağan olunması ilə bağlı qanunvericilikdə heç bir dəyişiklik olmayıb, bu hərəkətlərə görə indiyədək heç kim inzibati məsuliyyətə cəlb edilməyib və edilə də bilməz.

Sürücülərin diqqətinə onu da çatdırırıq ki, təkcə bu ilin 9 ayı ərzində qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən piyada vurma, toqquşma və maneəyə vurma kimi ağır yol qəzalarının əksəriyyəti məhz sürücülərin diqqətinin yayınması səbəbindən baş verib.

İnsanların ölümü və xəsarət almaları ilə nəticələnən qəzaların qarşısının alınması, habelə ümumilikdə yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə hərəkət iştirakçılarının, xüsusilə sürücülərin nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmaları, yol hərəkəti qaydalarına ciddi riayət etmələri tövsiyə olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.