banner
banner

Şou

Onun nə villası, nə da maşını var

Onun nə villası, nə da maşını var

“Matrix” filmindən sonra dünyada məşhur olan aktyor Keanu Rives qonaq olduğu verilişlərdən birində maraqlı açıqlama verib.
Malikanəsi olmayan yeganə Hollivud ulduzunun həyat hekayəsi eşidənləri kədənlərdirib.
O, 3 yaşından atasız böyüdüyünü və çətin həyat tərzi sürdüyünü bildirib:
“4 fərqli məktəbdə oxumuşam. Amma təhsilimi diplomsuz başa vurdum. 23 yaşında ən yaxın dostum River Fonex narkotik vasitə qəbul etdiyi üçün öldü. 1998-ci ildə Cennifer Sima ilə tanış oldum, ona vuruldum. Bir il sonra o, qızımıza hamilə qaldı. 8 ayında uşağımız öldü. Bununla da münasibətlərimizə son qoyduq. 18 ay sonra isə Cenniferin avtomobil qəzasında öldüyünü eşitdim. Bu, mənə çox pis təsir etdi. Uzun müddət kiminləsə eşq yaşamadım və valideyn olmaq haqda düşünmədim. Balaca bacım leykoz (sümük iliyi xəstəliyi) xəstəsi oldu. Çətinliklə də olsa, onu sağalda bildik. “Matrix” filmindən aldığım qonorarın 70 faizini Leykoz xəstəliyindən müalicə alan xəstələr üçün xəstəxanalardan birinə köçürtdüm”.

Keanu nə böyük evinin, nə də maşınının olduğunu söyləyib:

“100 milyon dəyərim olsa belə, hələ də metroya minirəm və bunu sevirəm. Hollivudda villası olmayan bəlkə də yeganə aktyoram. Amma düşünürəm hamınız mənimlə eyni fikirdə olarsınız. Hər hansı bir faciənin içində də məşhur biri yetişə bilər...”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.