banner
banner

Hərbİ

Eldar Sabiroğlu sərt danışdı - “Yeməkxana siçovulları...”

Eldar Sabiroğlu sərt danışdı

“Yeni Azərbaycan Partiyasından dəvət gələrsə, növbəti parlament seçkilərində öz namizədliyimi irəli sürərəm”.

Bunu "a24.az"a Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, sabiq deputat Eldar Sabiroğlu "keçmiş millət vəkili kimi növbəti parlament seçkilərində iştirak etməyi düşünürsünüzmü" sualına cavabında bildirib. Bunula belə, Eldar Sabiroğlu vurğulayıb ki, bu haqda danışmaq tezdir, bu barədə hələ qərar qəbul etməyib: "Amma Yeni Azərbaycan Partiyasının üzvü kimi, deputatlığa namizədliyim təklif edilərsə, böyük məmnuniyyətlə gedərəm. Yoxdursa, deməli yox. Bu, partiyanın münasibətindən daha çox asılıdır. Yoxdursa, nədən özümü rahatsız etməliyəm?"

Keçmiş deputat əlavə edib ki, onun köhnə "dost"larından elələri var ki, ümumiyyətlə, erməni görməyə daha çox şaddırlar, nəinki onu: "Bəzi yeməkxana siçovulları var ki, onların başı hər xırda deşiyə girə bilir. O qədər elastikliyə və sürüşkənliyə öyrəşiblər ki, bu peşəni onlardan yaxşı bacarmaq, sadəcə, qeyri-mümkündür".

Sabiroğlu söyləyib ki, həmin adamlar Müdafiə Nazirliyində mətbuat xidməti rəisi vəzifəsində çalışdığı dövrlərdə də ona qarşı təxribat xarakterli əməllərindən əl çəkməyiblər: "Onlar mənim çıxışlarımın qəzetlərdə verilməməsi, yerli televiziyalarda göstərilməməsi barədə də tapşırıqlar veriblər. Müdafiə Nazirliyində mətbuat xidmətinin rəisi vəzifəsində çalışanda, keçirdiyim mətbuat konfranslarında sözügedən şəxslərin tapşırığı ilə bəzi yerli TV-lərdə mənim üzüm göstərilmirdi. Bu tapşırığı Azərbaycan televiziyalarının bir-ikisi istisna olmaqla, digərləri icra edirdi. Sonradan düzəldi".

Bu adamların kimliyinə gəlincə, E.Sabiroğlu bildirib ki, onların əlində kifayət qədər informasiya mərkəzləri -saytlar, qəzetlər, TV-lər var: "Tapşırıqlar veriblər ki, Eldar Sabiroğludan hər hansı bir mövzu ilə bağlı müsahibə götürməyin. Hazırda da mətbuatda mənə qarşı təxminən bu cür qadağalar davam edir. Bunu mənim köhnə partiya yoldaşlarım edir".

Xatırladaq ki, Eladar Sabir-oğlu 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. Daha sonra Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsində çalışıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.