banner
banner

Dünya

Türkiyədə polisi daşıyan avtomobil qəzaya uğrayıb: 2 ölü, 3 yaralı

Türkiyədə polisi daşıyan avtomobil qəzaya uğrayıb:

Türkiyənin İzmir əyalətinin Bornova rayonunda içərsində polis əməkdaşları olan avtomobilin qəzaya uğraması nəticəsində 2 polis ölüb, 3-ü yaralanıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, sürücü idarəetməni itirərək avtomobili yolun kənarındakı beton dirəyə çırpıb.

Qəzanın yaranmasına səbəb kimi polisləri daşıyan avtomobilin başqa bir maşın tərəfindən sıxışdırılıması göstərilir.

Yaralı polis əməkdaşları xəstəxanaya yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndiriblər. 

Qəza ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.