banner
banner

Gündəm

Füzulidə pambıq yığımı necə gedir?

Füzulidə pambıq yığımı necə gedir?

Prezident İlham Əliyevin yerlərdə kənd təsərrüfatının inkişaf etdirilməsi, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir. Ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq bu il Füzuli rayonunda 2050 ha ərazidə pambıq əkilib. Pambıq tarlaları MKT İK MMC, Füzuli Kənd Təsərrüfatı MMC, CTS AQRO MMC ilə müqavilə bağlanılmaqla becərilib.
İcra Hakimiyyətindən cia.az-a verilən məlumata görə, pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində tarlalarda bol məhsul yetişdirilib. Hazırda rayonda pambıq yığımı davam edir. 

“Bu günə kimi rayon ərazisində əkilmiş pambıq sahələrindən 1400 tona yaxın məhsul toplanaraq pambıq tadarükü məntəqələrinə təhvil verilib. Orta məhsuldarlıq isə hələlik 23-25 sentnerdir. Havaların əlverişli keçməsi isə pambıq sahələrindən məhsulun tez və itkisiz yığımasına şərait yaradır. Rayon ərazisində əkilmiş 2050 ha sahələrdən füzulili pambıq istehsalçıları tərəfindən 2500 tondan  yuxarı məhsul yığılması gözlənilir. Buda keçən illə müqayisədə 6 dəfə çox məhsul deməkdir. Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah hallarının yaxşılaşdırılması üçün daha çox əl əməyinə üstünlük verilir ki, bu işə də minlərlə rayon sakini cəlb edilir.

Rayonun pambıq istehsalçıları yığdıqları məhlulu MKT İK MMC-nin pambıq tədarükü  məntəqəsinə, o cümlədən rayon ərazisində tikilən pambıq qəbulu məntəqəsinə təhvil verirlər”, İH-dən bildirilib..



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.