banner
banner

Dünya

Hakerlər banklardan 300 milyon dollar oğurladı

Hakerlər banklardan 300 milyon dollar oğurladı

Rusiyanın antivirus proqram təminatının aparıcı istehsalçılarından biri olan “Kasperski Laboratoriyası” şirkəti hakerlərin əksəriyyətinin Rusiya ərazisində yerləşən banklardan 300 mln dollar oğurladığını elan edib.

CİA.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə The New York Times nəşri yazıb.

“Kasperski Laboratoriyası”nın mütəxəssisləri qeyd olunan məbləğin daha çox olduğunu istisna etmir. Şirkətin Şimali Amerika bölməsinin rəhbəri Kris Doqqet qeyd edib ki, fırıldaqçılar əməllərinin gizlədilməsi üçün təkmilləşdirilmiş vasitə taktikalardan istifadə etdikləri üçün qanunsuz fəaliyyətlərini 2 il davam etdirə biliblər.

Nəşrin məlumatına görə, Rusiya, Çin və bir sıra Avropa dövlətlərindən olan hakerlər ziyanverici proqram təminatını 30 ölkənin ərazisində yerləşən bankların kompüter sisteminə yeridə bilib. Beləliklə kiber fırıldaqçılar maliyyə qurumlarının insayder məlumat bazasına yol taparaq böyük məbləğdə pul vəsaitlərini köçürməyə müvəffəq olublar.

Bununla bağlı “Kasperski Laboratoriyası” şirkəti fevralın 16-da ətraflı hesabat dərc edəcək.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.