banner
banner

Şou

Cennifer və sevgilisi ilk dəfə danışdı - fotolar

Cennifer və sevgilisi ilk dəfə danışdı

Müğənni Cennifer Lopez və basketbolçu sevgilisi Aleks Rodrigez məşhur “Varity Fair” jurnalının növbəti buraxılışının üz qabığına çəkiliblər.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük eyni zamanda dərgiyə ilk dəfə münasibətləri haqda danışıb.

Aleks 8 ay ərzində Cenniferi kifayət qədər tanıdığını və xasiyyətinə bələd olduğunu bildirib:

“Cey Lonun ən rahat yeri evidir. O, az içki içir, çokoladlı peçenye və ev paltarında olmağı sevir. Lopez 8 saatdan çox yatmır. Bu da onun belə gözəl qalmağının bir sirridir”.

İfaçı da sevgilisi ilə yaxşı yola getdiyini, bir çox xüsusiyyətdə oxşar olduqlarını açıqlayıb:

“İkimiz də şir bürcüyük, Nyu-Yorkdanıq. Belə 20-yə yaxın oxşar xasiyyətimizi sadalaya bilərəm. Məni onun qədər, onu da mənim qədər başa düşən ikinci bir adam ola bilməz”.

Cütlük toy barədə danışmasa da, onların gələn ilə toy etmək istədikləri vurğulanır.

Qeyd edək ki, Cennifer müğənni Mark Entoni ilə evli olub və ondan əkiz uşaqları var.
 
Rodrigezin də 2008-ci ildə ayrıldığı xanımından iki qızı var.





Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.