Aqil Abbas HİDDƏTLƏNDİ: ““Qarabağ” oyunu almışdı” deyənlərin qanında erməni qanı var”
“Qarabağ” klubu növbəti tarixi uğuru ilə futbol ictimayyətini, bütün Azərbaycan xalqını sevindirdi. Futbolçularımız Madridin “Atiletiko” komandası ilə cavab görüşündə yüksək səviyyəli oyun nümayiş etdirərək, son 35 dəqiqəsini azlıqda qalmalarına baxmayaraq, əzmkarlıqla qələbəyə bərabər heç-heçəyə nail oldular. Hamının “Qarabağ”ın qələbəyə bərabər heç-heçəsindən danışdığı bir vaxtda,nə yazıq ki, bu uğura kölgə salmağa cəhd edənlər də var. Sosial şəbəkələrdə “oyun alınıb” kimi əsassız iddialar gözə dəyir... Guya, “Atletiko” əvvəlcədən “Qarabağ”la heç-heçəyə razılaşıbmış... Bu çirkin iddiada bulunanlar “Qarabağ”ın Bakıdakı qolsuz heç-heçəsindən sonra da gözə dəyirdilər... Sosial şəbəkələrdə ürək bulandıran bu kimi statuslar qıcıq doğurmaya bilmir. Onları sanki “Qarabağ”ın uğurunu həzm edə bilməyən ermənilər yazır...
Məsələ ilə bağlı Modern.az-a danışan millət vəkili Aqil Abbas deyib ki, “Qarabağ” klubu qarğışla yaranmayıb ki, qarğışla da dağılsın.
“Qarabağın qələbəsi haqqında ağlına gələni yazanların çoxunun futboldan xəbəri yoxdur. Heç bir komanda belə bir çempionatda, xüsusilə də kubok almaq istədiyi çempionatda saxta oyun oynaya bilməz. “Atletiko” nə qədər çalışsa da, “Qarabağ”a qol vura bilmədi, əgər saxtakarlıq olsaydı, zəif oynayardılar. 45 dəqiqə “Qarabağ”ın qapısına qol vurmaq üçün özlərini öldürdülər. Bu oyunda saxtakarlıq etmək mümkün deyil, bütün dünya oyunu izləyirdi. Əgər “Atletiko” “Qarabağ”a qalib gəlsəydi, iki milyon avro pul qazanacaqdı. “Qarabağ” ona nə qədər pul verə bilərdi ki? Bütün bu səslədirilən fikirlər əsassızdır. Normal ağlı, düşüncəsi olan hər bir azərbaycanlı, türk bu qələbəyə sevinir. “Qarabağ”ın qələbəsinə qısqanclıqla yanaşanlar bəlkə ermənidir, Azərbaycana düşmən olan biridir. Qanında qarışıqlıq olan insanlar bu qələbəyə kölgə salmağa çalışacaqlar”.
Millət vəkili deyib ki, “Qarabağ” axıra qədər döyüşdü.
“İlk dəfədir ki, “Qarabağ” dünyanın ən güclü komandaları ilə oynayır. Buna sevinmək lazımdır, qısqanclıqla yanaşmaq yox. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış 32 komandadan təxminən 25-i hər dəfə ora çıxan klublardır. “Qarabağ” gedib divlərlə vuruşur. Hər oyunda futbolçularımız daha da püxtələşir, qorxuları azalır, əsəb azalır. “Qarabağ” 40 dəqiqə ərzində “Atletiko” kimi komanda ilə 10 nəfərlə mübarizə apardı. Bütün bunlara kölgə salan insanları adam sayıb, cavab vermək lazım deyil”.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.