Türkiyədə antiterror əməliyyatı keçirilir - 1 əsgər şəhid olub
Türkiyədə terrorçulara qarşı keçirilən əməliyyatda 1 türk əsgəri həlak olub. Trend-in məlumatına görə, əməliyyat Van və Çaldıran arasındakı şose yol ətrafında dağlarda yerləşən PKK terrorçularının bazasına hazırlanmış əməliyyat zamanı baş verib.
İlkin məlumata görə, əsgərlər bazaya daxil olarkən baş vermiş qarşıdurmada türk əsgəri şəhid olub.
Hazırda həmin əraziyə böyük sayda canlı qüvvə gönədərildiyi bildirilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.