banner
banner

Gündəm

Bakıda "Dördüncü Bayraq Festivalı" keçiriləcək

Bakıda "Dördüncü Bayraq Festivalı" keçiriləcək

Noyabrın 8-də Baki İdman Sarayında “9 noyabr - Dövlət Bayrağı günü” münasibəti ilə Gənclər və İdman Nazirliyi tərəfindən “Dördüncü Bayraq Festivalı” keçiriləcək.

Bu barədə Trend-ə Azərbaycan Gənclər Fondundan məlumat verilib.

Tədbirdə Prezident Administrasiyasının rəsmiləri, nazirlər, millət vəkilləri, Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbçilərinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, bayraq tağımının, xüsusi təyinatlılarının nümunəvi çıxışları, həmçinin incəsənət ustalarının iştirakı ilə konsert proqramının təşkili nəzərdə tutulub



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.